Bakıda yeni metro stansiyalar bu ərazilərdə olacaq
19-10-2022 [12:06]
"Bu gün Bakı Metropoliteni üçün prioritet olan məsələ xətlərin ayrılması layihəsidir. Bu layihə mərhələli şəkildə 9 yeni stansiyanın tikintisini nəzərdə tutur. Bu stansiyalardan 3-ü Dərnəgüldən sonra Koroğlu stansiyasına qədər Ziya Bünyadov prospektində olacaq stansiyalardır".
Mia.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Qurum rəsmisi deyib ki, bu stansiyalardan 4-ü Xətaidən sonra Həzi Aslanov-2 stansiyasına qədərdir:
"Bu stansiyaların yerləşmə ərazisi Ağ şəhərin girişində, digəri isə Xəzər televiziyasının binası yaxınlığındadır. Bu ərazidə artıq tunel qazılıb. Tikinti işləri məhz buradan başlayacaq. Növbəti stansiya "Nargilə" keçmiş avtomobil zavodu ətrafında, dördüncü isə Həzi Aslanov-2 olacaq. Bu stansiyada da müəyyən işlər görülüb, tamamlanma işləri layihənin həyata keçirilməsindən asılı olacaq.
Bu layihə həyata keçirildikdən sonra hər xəttin özünün müstəqil infrastruktur kimi fəaliyyəti təmin olunmalıdır. Dünya metro sistemində xətlər mütləq qaydada ayrı-ayrı müstəqil fəaliyyət göstərir".
Bəxtiyar Məmmədov əlavə edib ki, İçərişəhərdən sonra bir və ya iki stansiyanın inşası nəzərdə tutulur ki, onun axrasında dönmə kamerası olacaq və qatar bir yoldan digərinə rahat keçərək minimal intervalı təmin edəcək:
"Həzi Aslanovdan çıxan qatar yalnız İçərişəhər istiqamətinə gedəcək. Buradan yaşıl xəttə keçmək üçün isə müxtəlif mənbələr olacaq. Həzi Aslanov, 28 May və Koroğlu stansiyalarında keçidlər olacaq. Bu o, deməkdir ki, Koroğlu stansiyasından Elmlər Akademiyası stansiyasına getmək istəyənlər 15 dəqiqə ərzində ünvana çatacaqlar. İnterval isə 2 dəqiqə olacaq.
Bu layihənin həyata keçməsi ilə qeyd edilən ərazilərin sosial-iqtisadi inkişafından tutmuş metropolitendə ən optimal intervalın tətbiqi və sərnişinlərin rahat daşınmasına qədər işlərə müsbət təkan verəcək. Bakının baş planında inteqrasiya olunmuş nəqliyyat prinsiplərində metropoliten də xüsusi yer tutur. Baş planda xətlərin ayrılması layihəsinə xüsusi yerin verilməsi nəzərdə tutulur".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi