Rusiya Kiyevə raket zərbələri endirir - Ölən və yaralananlar var

img

18-10-2022 [15:05]


Rusiyanın Ukraynanın paytaxtı Kiyevin energetika infrastrukturuna endirdiyi raket zərbələri nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“RBK-Ukraina" xəbər verir ki, bu barədə Kiyev Şəhər Prokurorluğundan bildirilib/Report.

Məlumata görə, Rusiya işğalçılarının Kiyevə hücumu davam edir.

Kiyev vilayətinin hərbi administrasiyasının başçısı Aleksey Kuleba  deyib ki, Rusiya hücuma ara vermir: "Şəhəri enerji ilə təchiz edən Sol Sahildəki obyektlərə 3 raket atılıb".

Xatırladaq ki, ötən gün Ukrayna Prezident ofisinin müşaviri Oliksiy Arestoviç Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Kiyev səmasında Rusiyanın 3 raketinin məhv edildiyini bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR