Rusiyada Su-34 qırıcısı yaşayış binasının üzərinə düşdü: ölən və yaralılar var - VİDEO (Yenilənib)

img

18-10-2022 [09:07]


Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Mia.az Rusiya mətbuatına istinadlaxəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Bildirilib ki, hadisə yerində xilasetmə-axtarış işləri başa çatıb: "Ümumilikdə 3-ü uşaq olmaqla 13 nəfər ölüb, 19 yaralı var".

***

Rusiyanın Yeysk şəhərində təyyarə yaşayış binasının üzərinə düşüb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, nəticədə binada güclü yanğın olub.

Məlumata görə, qəzaya uğrayan "Su-34" qırıcısı olub.

Rusiya Prezidenti Vladimir Putin dərhal operativ müşavirə çağırıb.

Rusiya mətbuatının məlumatına görə, aralarında azyaşlılar olmaqla 5 nəfər hadisə nəticəsində ölüb, 25 nəfər isə yaralanıb. 6 nəfərin taleyindən isə xəbər yoxdur.

***

Rusiyanın Krasnodar diyarının Yeysk şəhərində “Su-34” qırıcısının yaşayış ərazisinə çırpılması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Bildirilib ki, yaralıların sayı 27-yə yüksəlib, itkinlər var.

Qeyd olunub ki, binada plitələrin çöküb ki, bu da xilasetmə əməliyyatına mane olur.


Digər xəbərlər
SON XƏBƏRLƏR