Diaspor təşkilatları Azərbaycan şəhərlərinin bombalanmasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb
17-10-2022 [11:35]
Xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində Gəncə, Bərdə, Tərtər, Naftalan və digər Azərbaycan şəhərlərinin bombalanmasının ikinci ildönümü ilə bağlı bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bəyanat müxtəlif ölkələrin dövlət və hökumət başçılarına, parlament üzvlərinə, beynəlxalq təşkilatlara və onların yerli nümayəndəliklərinə ünvanlanıb.
Bəyanatda deyilir:
“Biz, xarici ölkələrdə yaşayan azərbaycanlılar 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində Azərbaycan şəhərlərinin Ermənistan silahlı qüvvələri tərəfindən bombalanması nəticəsində həlak olanların xatirəsini ehtiramla anır, insanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, bu qanlı cinayətləri törədənlərin hələ də məsuliyyətə cəlb olunmamasından təəssüf hissi keçirdiyimizi bildiririk.
Qeyd etmək istərdik ki, Ermənistanın Azərbaycana qarşı 1988-ci ildən başlayan ərazi iddiaları və hərbi təcavüzü 1992-1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi ilə yekunlaşdı. Nəticədə 250 min nəfəri Ermənistan ərazisindən qovulmaqla 1 milyona yaxın dinc azərbaycanlı öz evini tərk etmək məcburiyyətində qaldı, on minlərlə azərbaycanlı öldürüldü, XX əsrin ən qanlı cinayətlərindən olan Xocalı soyqırımı törədildi, Azərbaycanın yüzlərlə şəhər, qəsəbə və kəndi yer üzündən silindi, işğal olunmuş əraziləri minalarla çirkləndirildi.
Təəssüf ki, Azərbaycan torpaqlarının işğalını dayandırmaq üçün böyük dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Ermənistana ciddi təzyiqlər göstərilmədi. Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə sülh prosesinə və atəşkəs sazişinə sadiq qalaraq, münaqişənin dinc yolla nizamlamasına cəhd etsə də, Ermənistan işğal olunmuş Azərbaycan ərazilərinin dərhal boşaldılması barədə BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməkdən imtina etdi.
Azərbaycan torpaqlarının işğalına Ermənistanın təmas xəttindəki təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə son qoyuldu. Azərbaycan dövləti hərbi-siyasi yollarla BMT qətnamələrini yerinə yetirərək, işğal olunmuş əraziləri azad etdi. Müharibə dövründə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın ikinci böyük şəhəri Gəncə başda olmaqla münaqişə zonasından və cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Naftalan, Bərdə, Tərtər, Mingəçevir və Yevlax şəhərlərini, Goranboy, Ağcabədi, Beyləqan, Qəbələ, Abşeron və Xızı rayonlarındakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri hədəf seçdi, müxtəlif növ silahlarla, o cümlədən ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalarla atəşə tutaraq insanlıq əleyhinə müharibə cinayətləri törətdi. Nəticədə 2020-ci ilin 27 sentyabr - 10 noyabr tarixlərində Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak oldu, 454 vətəndaş yaralandı, yaşayış binalarına, tarixi-mədəni və dini abidələrə, nəqliyyat vasitələrinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəydi. Ermənistan silahlı qüvvələrinin bu hücumları təşkil edərkən əsas məqsədi daha çox insanın həyatına son qoymaq olduğundan, şəhər və rayonların mülki şəxslərin kompakt yaşadığı hissələri xüsusən gecə saatlarında hədəfə alındı. Bütün bunlara baxmayaraq, Azərbaycan Respublikasının hərbi-siyasi rəhbərliyi beynəlxalq hüquq normalarına və humanizm prinsiplərinə sadiq qalaraq mülki əhalini hədəf seçmədi, hərbi əməliyyatları yalnız işğal olunmuş Azərbaycan ərazilərində davam etdirdi.
Təəssüflər olsun ki, dəfələrlə tərəfimizdən dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara İkinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən mülki əhaliyə qarşı cinayətlərin törədilməsində təqsirkar olan şəxslərin müəyyən edilərək cəzalandırılması ilə bağlı müraciətlər edilməsinə baxmayaraq, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla çoxsaylı müharibə cinayətlərində iştirak etmiş Ermənistanın hərbi-siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə əməllərinə hələ də beynəlxalq hüquqi qiymət verilməmişdir. Bu cinayətlərin törədilməsindən iki il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar qeyd olunan faktların araşdırılması istiqamətində heç bir addım atmamışdır.
Dünya azərbaycanlıları bu faktları BMT, Avropa İttifaqı, Avropa Şurası və onların qurumlarının, digər səlahiyyətli beynəlxalq və regional təşkilatların diqqətinə bir daha çatdıraraq, qətiyyətlə bəyan edir ki, Ermənistanın növbəti belə cinayət əməlləri törətməsinin qarşısını almaq üçün beynəlxalq ictimaiyyət müharibə cinayətlərinə adekvat reaksiya verməli, həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir. Biz müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırırıq”.
Qeyd edək ki, Azərbaycan diaspor təşkilatları İkinci Qarabağ müharibəsi dövründə olduğu kimi, post-müharibə dövründə də Ermənistanın təxribatları və müharibə cinayətləri, o cümlədən mina xəritələrinin verilməməsi, 12-14 sentyabr 2022-ci il təxribatları və Edillidə kütləvi məzarlıqların tapılması ilə bağlı müxtəlif ölkələrin dövlət və hökumət başçılarına, parlament üzvlərinə, beynəlxalq təşkilatlara və onların yerli nümayəndəliklərinə ünvanlanan bəyanatlar yayaraq, Ermənistanın təxribatları və müharibə cinayətlərinə daha böyük miqyasda hüquqi-siyasi qiymət verilməsini gözlədiklərini bildiriblər.
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi