PA-nın şöbə müdiri İqbal Ağazadə ilə görüşüb - Nələr müzakirə olunub?
13-10-2022 [16:52]
Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşüb.
Mia.az xəbər verir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildiriblər ki, görüş zamanı ölkədə aparılan iqtidar-müxalifət dialoqu, siyasi islahatlar, həmçinin siyasi plüralizm barədə söz açan şöbə müdiri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə siyasi dialoq mədəniyyətinin inkişafının uğurla davam etdirildiyini, aparılan çoxşaxəli islahatların müvəffəqiyyətlə həyata keçirildiyini, bir çox məsələlərlə bağlı qanunvericilik və institusional tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Ölkədə aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə müxtəlif siyasi partiyaların fəaliyyəti üçün geniş şərait yaradılmasından bəhs edən Administrasiya rəsmisi ölkədə sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə də normal fəaliyyətinin təmin olunması üçün şöbə tərəfindən mütəmadi qaydada iş aparıldığını vurğulayıb.
Görüş zamanı şöbə müdiri son dövrdə 11 yeni siyasi partiyanın dövlət qeydiyyatına alınmasını, partiyaların qərargahlarla təmin edilməsini, fəaliyyətlərinin legitimləşdirilməsini, ölkədə fəaliyyət göstərən media resurslarına çıxış imkanlarının genişləndirilməsini, milli və siyasi həmrəyliyin təmin olunmasını qeyd edib və bunu iqtidar-müxalifət dialoqunun real nəticələri kimi dəyərləndirib.
İqtidar-müxalifət dialoqu çərçivəsində görüşə dəvət edildiyi üçün təşəkkürünü bildirən Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə yeni siyasi konfiqurasiyanın inkişafı istiqamətində görülən işlərlə bağlı öz fikirlərini bölüşüb. Ölkədə aparılan siyasi islahatlar, siyasi partiyaların fəaliyyəti barədə söz açan partiya sədri bu gün ölkədə yaradılmış yeni siyasi münasibətlər sisteminin gələcəkdə dayanıqlı siyasi sistemin formalaşmasına şərait yaradacağını qeyd edib.
Sonda tərəflər ölkəmizdə iqtidar-müxalifət dialoqunun inkişaf perspektivləri, Vətən müharibəsindən sonra yeni geosiyasi reallıqlar, Qarabağda bərpa-quruculuq işləri və başqa məsələlər haqqında müzakirələr aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son günlər Çexiya, Rusiya, Qırğızıstan və Qazaxıstana işgüzar səfərləri yüksək qiymətləndirilib və bunun Azərbaycanın dünya siyasətində artan nüfuzunun göstəricisi olduğu vurğulanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi