Yazıçılar Birliyinin Qurultayı Milli Dram Teatrında keçiriləcək

img

13-10-2022 [15:19]


Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı 26 oktyabr saat 10-da öz işinə başlayacaq.

Mia.az xəbər verir ki, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Bildirilib ki, Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək.

Qurultay nümayəndlərinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR