Ukrayna son sutkada Rusiyanın 19 PUA və 5 zərbə helikopterini məhv edib

img

13-10-2022 [09:51]


Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın 5 ədəd “Ka-52” “Alligator” zərbə helikopterini, İran istehsalı olan 17 ədəd “Shahed-136” PUA-sını və 2 ədəd “Zala Lansent” PUA-sını məhv edib.

Məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.

Bildirilib ki, ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin qırıcıları, bombardmançıları və hücum təyyarələri müxtəlif istiqamətdə Rusiyanın hava hücumundan müdafiə sistemlərinə, tağım və taborlarının yerləşdiyi dayaq məntəqələrinə, eləcə də maddi-texniki təchizatın, yanacaq-sürtkü materiallarının və döyüş sursatlarının olduğu səhra anbarlarına zərbələr endirib.

Bundan əlavə, zərbələr Rusiyanın canlı qüvvəsinin və hərbi texnikalarının cəmləşdirildiyi ərazilərə də endirilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR