"Olimpiakos"un baş məşqçisi: "Qələbə qazanmasaq, çətin olacaq"

img

12-10-2022 [18:53]


"Heyətdə dəyişiklik olacaq. İlk matçda 3 zədəli futbolçudan istifadə edə bilmədik. Qarşıdakı görüşləri də nəzərə alacağıq. Start heyətinə tam qərar verməmişəm".

Bunu Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Miçel Qonsales Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bildirib ki, bugünkü məşqdən sonra kimlərin görüşə hazır olub-olmayacağı müəyyənləşəcək: "Bizim üçün həlledici matçdır. Bunu paltardəyişmə otağında hiss etmək olur. Qələbə qazanmasaq, çətin olacaq".

İspaniyalı baş məşqçi ilk matçda 0:3 hesablı məğlubiyyətə layiq olmadıqlarını söyləyib: "Nəticə oyuna görə deyildi. İlk qoldan sonra özümüzü itirdik və hesab belə oldu".

Qonsales akademiyadan yetişən futbolçulara şans vermək istədiyini vurğulayıb: "Ehtiyac olacağı təqdirdə onlar da bizə kömək etməyə hazırdır".

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR