Bakıda müəllimlər etiraza qalxdı - Aksiya

img

23-04-2014 [14:03]



Suraxanı rayonunda müəllimlər məktəb direktoruna qarşı çıxıblar. Belə ki, 7 saylı internat məktəbinin 20-ə yaxın müəllimi direktor Afaqət Əsgərovaya qarşı aksiya keçirir.

Hazırda müəllimlər məktəbin qarşısına toplaşaraq direktorun vəzifəsindən getməsini tələb edirlər. Müəllimlərin sözlərinə görə, direktor Afaqət Əsgərova onlar haqqında yalançı aktlar yazaraq məhkəməyə verib. Müəllimləri təhqir edən direktor onları işdən çıxartmaqla hədələyib.

Hazırda etiraz aksiyası davam edir. Məsələni diqqətdə saxlayırıq.

İnterpress.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA