23-04-2014 [12:53]
Təhsil Nazirliyi bu yaxınlarda xaricdə təhsil xidmətləri göstərən şirkətlər barədə açıqlama verib. Nazirliyik xaricdə təhsil sahəsində, xüsusilə də "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmədiyini və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımadığını bildirib.
Modern.az Təhsil Nazirliyinə müraciət edərək həmin şirkətlərlə bağlı şikayətlərin olub-olmaması ilə maraqlanıb. Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqənin tam ödənişsiz qaydada həyata keçirilməsinə baxmayaraq, şirkətlər vətəndaşlardan sənəd qəbulunda iştirak etmək üçün kifayət qədər xidmət haqqı tələb edirlər: "Vətəndaşların nəzərinə bir daha çatdırmaq istərdik ki, bəzi xaricdə təhsil şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli olsunlar. Bu şirkətlərin fəaliyyətindən irəli gələn çətinliklərin tələbə və gənclərimizin taleyi ilə birbaşa əlaqəli olduğunu nəzərə alaraq bildiririk ki, Təhsil Nazirliyinə bir şikayətin belə daxil olması bizi dərindən narahat edir.
Bəzi vətəndaşlar sadəcə xaricdə təhsil xətrinə bu cür vasitələrdən istifadə etsələr də, onlar nəzərə almalıdırlar ki, təhsil hər zaman əldə edilmiş bilik və bacarıqlar əsasında qiymətləndirilir. Bu bilik və bacarıqlar gənclərimizin hərtərəfli inkişafında və gələcəkdə layiqli işlə təmin olunmalarında müstəsna rol oynayır. Təəssüf ki, bəzi şirkətlər tərəfindən reytinqi və təhsilinin keyfiyyəti qat-qat aşağı olan universitetlərə sadələşdirilmiş yollarla (attestatla) tələbə qəbulu təşkil edilir ki, burada da yüksək təhsildən söhbət gedə bilməz. Nəticədə bu tələbələr həm zəmanənin, həm də əmək bazarının tələbləri ilə uyğunlaşmada ciddi çətinliklərlə üzləşmə təhlükəsi ilə qarşılaşa bilərlər”.
Daha sonra nazirlikdən bildirilir ki, narahatlıq doğuran digər bir hal isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqənin tam ödənişsiz qaydada həyata keçirilməsinə baxmayaraq, sənəd qəbulunda iştirak etmək məqsədilə şirkətlər tərəfindən vətəndaşlardan kifayət qədər xidmət haqqı tələb olunur. "Halbuki müasir İKT bacarıqlarından yararlanan və təhsil almaq istədiyi ölkənin tədris dilini bilən gənc həm xarici ali məktəbə qəbul prosesini, həm də Dövlət Proqramına sadələşdirilmiş elektron ərizə üzrə müraciəti özü həyata keçirə bilər”.
Təhsil Nazirliyi eyni zamanda Dövlət Proqramında iştirak etmək istəyən tələbələrə birbaşa Nazirliyə müraciət etmələrini tövsiyə edib: "Bundan əlavə, bəzi xaricdə təhsil şirkətləri gənclərimizə Dövlət Proqramı ilə bağlı müxtəlif həqiqəti əks etdirməyən vədlər verir və beləliklə, qanunu ciddi qaydada pozmaqla yanaşı, onların valideynlərini böyük maddi çətinliklərlə üz-üzə qoyur. Belə hallarla rastlaşan tələbə və valideynlərdən diqqətli olmalarını, heç bir şəxs və şirkətlər tərəfindən verilən vədlərə inanmamalarını və belə hallarla rastlaşdıqları halda Nazirliyin "qaynar xətt” xidmətinə (146) məlumat vermələrini xahiş edirik.
Hazırda Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu və seçim prosesinin sadələşdirilməsi istiqamətində işlərini davam etdirir və Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa nazirliyə müraciət etmələrini tövsiyə edir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi