Sabiq direktora cinayət işi açılıb - 31 min manata görə

img

05-10-2022 [14:11]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq əməkdaşı mənimsəmədə ittiham olunur.

Mia.az-ın lent.az-a istinadən məlumatına görə, nazirliyin Cənub Regional Hidrometeorologiya Müəssisəsinin sabiq direktoru Hüseynov Cavid Həsənağa oğlu mənimsəmədə təqsirli bilinir. Onun barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.

Əldə etdiyimiz məlumata görə, C. Hüseynov nazirliyə 31 min manat dəyərində maddi ziyan vurub.

Prosesə Lənkəran rayon məhkəməsində baxılacaq.

Qeyd edək ki, Cavid Hüseynov bu ilin yanvar ayında nazir Muxtar Babayevin əmrilə işdən azad olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR