23-04-2014 [11:48]
Son bir neçə gündür ki, sosial şəbəkələrdə Eldəniz Elgünün müəllifi olduğu "Erməni psixologiyası” kitabından müəyyən tezislər ciddi şəkildə müzakirə olunmaqdadır. Bunu nəzərə alaraq Eldəniz Elgünlə çapa hazırladığı "Erməni psixologiyası” kitabı haqqında söhbət etdik və söhbəti nəzərinizə çatdırırıq.
-Eldəniz müəllim, zaman var idi ki, SSRİ Amerika Birləşmiş Ştatlarını özünün ən qəddar düşməni hesab edirdi. Bu ölkəyə, ümumiyyətlə kapitalizm dünyasına qarşı silahlanma, atom bombalarının yeni nəslinin icadı, yerləşdirilməsi öz yerində, Moskvada ABŞ-la və digər qabaqcıl kapitalist ölkələriylə bağlı ayrıca, xüsusi institutlar fəaliyyət göstərirdi. Düşmənin, daha doğrusu rəqibin on, iyirmi, otuz il sonraya atacağı addımlar, əks həmlələr hesablanırdı. Bu baxımdan psixologoya elmi əsas prioritetlərdən hesab edilirdi. Əsrlər boyu gedən prosesləri qoyuram bir tərəfə. Konkret otuz ilə yaxındır ki, Ermənistan respublikasıyla açıq savaş, müharibə vəziyyətində yaşayırıq. Erməni institutunun yaradılmasına sizcə ehtiyac varmı?
- Əlbəttə var və bu istiqamətdə müəyyən addımlar atılıb. Prezident İlham Əliyev bir neçə il öncə bəyan etdi ki, artıq müdafiə diplomatiyasından hücum diplomatiyasına keçməliyik. Məhz bundan sonra dediyiniz istiqamətdə bildiyim qədər işlər görülüb və görülməkdə davam edir.
-"Erməni psixologiyası” adlı kitabınız artıq hazırdır. Niyə bu mövzuya müraciət etdiniz?
- Bilirsiniz, artıq neçə əsrdir ki, erməni problemini qəbul etsək də etməsək də yaşayırıq. Sizə adi bir misal çəkim. Təsəvvürünüzə gətirin ki, hər gün kimsə mənzilinizin pəncərəsinə daş atıb qaçır. Siz nə etməlisiniz? İki yol var; ya pəncərənizi gülləkeçirtməz şüşə ilə təmin etməlisiniz, ya da pəncərənizə kimin, hansı səbəbdən daş atdığını müəyyənləşdirməlisiniz. Sözsüz ki, problemi köklü həll etmək üçün ikinci variant daha məqbul sayılmalıdır. Bax bu səbəbdən bizlər də aydınlaşdırmalıyıq, nəyə görə və hansı səbəbdən erməni toplumu ətraf mühitə belə aqressiya ilə yanaşır, bu aqressiya artan sürətlə gedəcəkmi? Bunun psixoloji kökləri nədir və bunun qarşısını necə almalıyıq? Bütün bu suallara cavab tapmaq üçün isə qarşıdakı toplumun psixologiyasını öyrənmək əsas şərtdir. Yəni Xocalı faciəsi kimi faciə törədən, hər zaman ətraf mühitə qarşı iddialı olan toplumun psixologiyasını öyrənməklə daha effektli addımlar ata bilərik. Məhz bu səbəbdən uzun illər apardığım araşdırmalara əsaslanaraq 3 il ərzində "Erməni psixologiyası” kitabını işlədim və Türkan Azadın redaktəsi ilə artıq tam hazırdır.
- Bu mövzuya müraciət etməyinizlə Azərbaycanda ilkə imza atdınızmı, yoxsa dünyada?
- Bildiyim qədəri ilə Azərbaycanda erməni psixologiyasını köklü şəkildə tədqiq edən və real nəticələr ortaya çıxaran bir əsər olmayıb. Ola bilsin hansısa məqalələr var. Amma araşdırmalara söykənəkli ilk əsərdir. Dünyaya gəldikdə isə erməni lobbisinin himayəsi ilə saxta bir erməni obrazını formalaşdıran psixoloji əsərlər var. Amma "Erməni psixologiyası” kitabını qərbdə yayımlaya bilsək inandırım sizi ermənilər üçün bu sürpriz olacaq və digər millətlər də erməni toplumunu daha yaxından tanıya biləcəklər.
- Sizcə "Erməni psixologoyası” kitabınızı ermənilər özləri oxusalar güzgü effekti alınacaqmı? Yoxsa yenə də deyəcəklər ki, yox biz belə deyilik, bu azəri psixoloqun uydurmasıdır. Proqnozunuz.
- Bildiyim odur ki, bu kitabı oxuyacaq hər bir erməni içində özü ilə baş-başa qalacaq və nə qədər aldandığını, psixoloji yüklənmələrə məruz qaldığını tam olaraq qəbul edəcək. Bəziləri üzdə bunu qəbul etməsələr belə. Əsası isə bu, erməni gəncləri üçün gözəl bir yol göstərici –həyat kitabı da sayıla bilər. Eyni zamanda isə sözsüz ki, əks həmlələr də olacaq.
- Əgər sirr deyilsə, erməni psixologiyasının hansı sahələrini araşdırmısınız.
- Öncəliklə deyim ki, erməni psixologiyasına etnopsixologiya və kütlə psixologiyası aspektindən yanaşma etmişəm. Və demək olar ki, yaş dövrlərinə ayırmaqla erməni qadınlarının, erməni kişilərinin ayrı-ayrılıqda psixologiyasını ortaya çıxartmışam. Bundan başqa erməni elitasının, erməni toplumu ilə kilsə münasibətlərindən yaranan effektləri , bir sözlə bütün sahələri əhatə edərək ümumerməni toplumunun psixoloji portretini ortaya çıxartmışam.
- Məndə olan məlumata görə bu kitabınızda bir yeniliyə də imza atmısınız. Bədii yazıya da yer vermisiniz. Hansı təlabatdan irəli gəldi bu addım?
-Belə deyək də, kitab sırf psixologiya qanunları, düsturları ilə hazırlanmış kitabdır. Əslinə baxsaq bu psixologiya sahəsində bir dərs vəsaiti də ola bilər. Amma psixoloji açmaları oxucunun daha rahat anlaması və özü üçün müəyyən müqayisələr aparması üçün bədii nümunələrə də müraciət etmişəm. Məsələn, erməni qadınlarının psixologiyası bölümünün tamamında yazıçı Mahir Qabiloğlunun "Ərmən - Şuşanikin sevgisi” hekayəsini yerləşdirmişəm. Yəni psixoloji yanaşma ilə bədii yanaşmanın vəhdətini oxucuya təqdim etmişəm. Bunu da deyim ki, Mahir Qabiloğlunun bu hekayəsi Ermənistanda ciddi rezonans yaratdı.
- Kitabın çapı nə yerdədir?
- Bütün işlər sona çatıb. Yaxın günlərdə kitabın işıq üzü görəcəyinə inanıram. Amma bununla paralel olaraq hazırda kitabın Türkiyədə çapı ilə bağlı bir neçə universitetlə danışıqlar gedir və sentyabr-oktyabr aylarında Türkiyədə də bu kitab çapa gedəcək. Bunu da qeyd edim ki, ermənilər erməni "soyqırım”ının yubleyinə ciddi hazırlıq görürlər və sözsüz ki, Azərbaycan və Türkiyə hədəfdə olacaq. Belə bir məqamda "Erməni psixologiyası” kitabının çıxması onlar üçün ağır zərbə olacaq. Həm də ona görə ki, bu kitabda bir dənə də olsa elmi saxtakarklıq, erməni fobiyasından yaranan qüsur tapmaq mümkün deyil. Əslində bu kitabın müəllifinin Eldəniz Elgün olması ilə , hansısa ingilis psixoloqunun olması arasında heç bir fərq görünməyəcək. Çünki elementar bir qərəz tapmaq mümkünsüzdür. Bu erməni toplumuna verilən obyektiv qiymətdir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi