Ohanyan “səddi” - Vətən müharibəsi şəhidlərimizn xatirəsinə
29-09-2022 [15:08]
Əli Cabbarov,
Naxçıvan Dövlət Universitetinin dosenti
***
Dünya hərb tarixinə dərin iz qoymuş, Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılmış 44 günlük şanlı Vətən müharibəsi nəticəsində işğalçı erməni ordusu darmadağın edilmiş, qalib Azərbaycanın diqtəsi ilə regionda yeni geostrateji reallıqlar yaranmışdır.
Düşmənini biabırçı məğlubiyyəti ilə nəticələnən bu müharibədən sonra şəhidlərimizin qanı bahasına qazanılmış möhtəşəm qələbənin qorunub saxlanılması və eləcə də sülh müqaviləsinin bağlanılması istiqamətindəki hərbi və diplomatik sahədə həyata keçirilən işlər Azərbaycanın beynəlxalq arenada nüfuzunu daha da artırmışdır. Azad Qarabağın hər qarışını cənnətə çevricək qüdrətli Azərbaycan dövlətinin, onun müzəffər Ordusunun və qətiyyətli Ali Baş Komandanının gücü qarşısında artıq heç bir keçilməz sədd yoxdur.
Ancaq müharibənin gedişı və onun başlamasından keçən iki ilə qədərki mürəkkəb dövrün təhlili göstərdi ki, bu və ya digər şəkildə bizimlə birgə bu regionda yaşayacaq olan erməni toplumu mənsubları məğlubiyyətin acısından, yaxud düşdüyü dərin siyasi-iqtisadi böhrandan özünə gəlməyərək hələ də dırnaqarası miflərin xülyaları ilə sanki özlərini yenilməz cəngavərlər sayaraq gah yel dəyrimanı ilə savaşan Don Kixot kimi harda gəldi hücum edir, gah da Tiqranabənzər meymunlar kimi yerli-yersiz şuluqluq salaraq daha da acınacaqlı və gülünc vəziyyətə düşürlər. Bu ilin sentyabrında Azərbaycanın dövlət sərhədində baş verən genişmiqyasıl erməni provakisiyasına, buna qədərki Brüssel görüşlərində isə bunun əksinə, nisbətən “ağıllı” davranışlarına baxdıqda qabarma-çəkilmə effekti göstərən erməni siyasi liderlərinin və mənsub olduqları sosiumun biomorfoloji genezisinin, DNT quruşluşunun çox mürəkkəb olduğunu deyə bilərik. Bütün bu qarmaqarışıqlıq isə son nətcədə elə bu ölkənin və burada yaşayan insanların qarşısında böyük bir sədd çəkir.
Ermənilər sədd çəkmək, süni əngəl yartmaqda əsl dünya çempionudurlar. Ənənəvi erməni tərsliyi, kiçik bir barmaq yarasını şişridib şivən qoparmaq bacarığı, bacarsalar Marsda da özlərinə əcdad tapmaq həyasızlığı və bir də çox məşhur utanmazlıq hisləri hayların heç kimdə olmayan bu fövqəlistedadının ana kapitalıdır. Amma fiziki və mənəvi körpülər tikib savab qazanmaqdan xeyli uzaq düşmüş erməni icması süni divarlar və sədlər çəkməklə bilmirlər ki, onlar bu yolla olsa-olsa özlərini dünyadan təcrid edib, daha da daş dövrünə qayıdacaqlar. Təkcə Qarabağın işğalı ilə keçmiş ötən 30 ilin xronikası göstərir ki, belə sədlər nə qədər onların özlərinə xas haylı-küylü olsa da bir dəmir yumruqla yerlə-yeksan olacaq qədər çürük və zəminsizdirlr. Elə ikinci Qarabağ müharibəsi öncəsində təmas xətti böyu çəkilmiş dırnaqarası Ohanyan səddi kimi.
Ohanyan “səddi”, yaxud işğalçı dövlətin keçmiş dırnaqarası müdafiə naziri Seyran Ohanyanın adını daşıyan, təxmini uzunluğu 200 kilometrə qədər olmuş müdafiə xətti erməniərin bir zaman Azərbaycan əsgərinin hökmən buradan keçərək əks hücuma atılacağına inandığı yerdə uzun illər ərzində tikilmiş mürəkkəb mühəndis istehkam qurğulardan, yeraltı bunkerlərdən, tank və piyada əleyhinə maneələrdən, uzunmüddətli atəş nöqtələrindən, minalanmış ərazilər və dayaq nöqtələrindən ibarət olmaqla Ermənistanın sülh deyil, işğalçılıq siyasətin yeritdiyinin bir sübutudur. Hər nə qədər 44 günlük müharibəyə qədərki dövrdə qoşunların təmas xəttində ATƏT-in Minsk qrupu adlı bir triadanın görə bilmədiyi bir sədd olsa da fakt oldur ki, bu sədd yüz milyonlarda dollara başa gəlmiş genişhəcmli torpaq, tikinti və kommunikasya işlərinin nəticəsində başa gəlmişdir. Doğrudur, ermənilər heç zaman antik bir xalq, bu sədd də Böyük Çin səddi qədər möhtəşəm olmasalar da Ohanyan səddi haqqında danışmağın müharibədən ötən iki ilin və qarşıdakı dövrün təhlili baxımından əhəmiyyətli olacağını düşünmək olar.
Hər nə qədər ermənilər üçün alınmaz bir qala donu geydirilsə və daim olaraq gücləndirilsə də artıq 2016-cı ilin aprel döyüşlərində bu xətti keçməyin Azərbaycan əsgəri üçün çətin olmayacağı görünmüşdü. Hələ şanlı zəfərimizə aparan həmin döyüşlərdə müzəffər ordumuz bu bədnam səddi iki yerdən yarmağa müvəffəq olmuş, bütövlükdə erməni ordusunun çürük skeletini bu səddin içinə gömmüşdü. İki il əvvəl başladılan İkinci Qarabağ müharibəsinin ilk saatları isə bütün erməni xülyaları kimi Ohanyan səddinin, onun dırnaqaqası yaradıcılarının kabusuna çevrildi. Başqasının ərazisində tiklmiş bu səddin bütün konstruksiya elementləri onu qorumağa çalışan işğalçı düşmən əsgərləri ilə birlikdə cəmisi iki gündə tamamən məhv edildi.
Hazırda Ohanyan səddi fiziki olaraq tamamən mahiyyətini itirmiş, Azərbaycan öz torpaq bütünlüyünü təmin etmişdir. İki il əvvəl qanlı döyüşlər getmiş bu ərazidə indi ilk şəhidlərimizin xatirəsi yaşadılır. Ancaq qələbədən sonra sülhə gedən yolun məğlub Ermənistan tərəfindən inadla uzadılması onu göstərir ki, buradakı insanların xislətində, onların şüuraltı instinktlərində hələ də eni-boyu bilinməyən çox sayda Ohanyan sədləri qalmaqdadır. O sədlər ki, ağ-qara demədən bütün ermənilərin qarşısında dayanaraq onları bu dünyanın gözəlliklərini görməkdən, sivill dünyaya qatılıb adam kimi yaşamaqdan məhrum edir. Həm maddi mərhumiyyətlər, bir yandan da belə mənəvi korluq ucbatından komaya düşmüş erməni toplumu bunun günahını özündə axtarmaqdansa yenə də otuz il əvvəlki kimi başqasına xəndəklər qazmaqda israrlıdırlar.
Amma yaxşı olardı ki, xəndəkbaz ermənilər bu müddət ərzində başlatdıqları müharibənin, yaxud elə Ohanyan səddinin onlara nəyə başa gəldiyinə bir baxsınlar. Belə ki, ilk olaraq, keçmiş SSRİ dağılan kimi yeni yaranan müstəqil dövlətlər üçün dünyaya yeni inteqrasiya imkanları yarandığı halda ermənilər hələ o zaman beyinlərində olan bu səddin o biri tayında qalıb, özlərinə başqa yol seçdilər. Qonşu həyətinə daş atan dəcəl uşaqlar kimi əzizlənmək istəyən bu insanlar düşünmədilər ki, xaricdəki havadarlarının sonsuz dəstəyinə inanıb qonşularına xain olmaqla çox da uzağa gedə bilməyəcəklər. Belə ki, hələ 1993-cü ildə Azərbaycana qarşı işğalçılıq əməllərinə cavab olaraq qardaş Türkiyə sərhədi bağlayıb erməniləri o biri tərəfə ohaladı. Nəticədə bu gün təkcə regionun siyasi ağırlıq mərkəzi deyil, həm də elm, mədəniyyət, sənaye və texnlogiya mərkəzi olan Türkiyənin potensialı ermənilər üçün əlçatmaz oldu. Bunun ardınca, Azərbaycanın zəngin karbohidrogen sərvətlərinin Qərb bazarlarına nəqli üçün yaradılan enerji və lojistika koridorlarından məhrum olan Ermənistan yenə də bədnam Ohanyan səddinin ona vurduğu zərərləri hesablaya bilmədi. Özünün dövlət sərhədini, əksər strateji müəssisələrini, hətta əmək qabiliyyətli insan resurslarını şimal qonşusuna uduzan ermənilər inadla Ohanyan səddinin o biri tərəfində qalmaqla sanki zamanın onların xeyirinə keçdiyini zənn edirdilər.
Beləcə, bədnam Hayastan fonduna ianə toplayıb başqasına xəndək qazan ermənilər bir də ayıldılar ki, zaman çuxurunun ən dibində qalıblar. Buradan xilas olmaq, hərbi-siyasi sahədəki məğlubiyyətdən və iqtisadi müstəqilliyin itirilməsi ilə dərinləşən böhrandan qurtulmaq üçün bu gün sülh danışıqlarına getmək, kommunikasiyaların açılması üçün əməli iş görmək əvəzinə yenə də vaxtı uzatmaq, dünya gündəmindəki havalar dumanlandıqca dərhal bir provakasiya törədən ermənilər görünür Ohanyan səddinin hələ çox arxasında qalacaqlar. Bəlkə hardasa, yeni bir səddin tikintisinə də başlayıblar.
Kim bilir!
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi