Həbs edilən məmur baş həkimin qardaşı, icra başçısının yaxın qohumu çıxdı - ÖZƏL

img

22-04-2014 [19:34]



Aprelin 21-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edildiyi bildirilən Laçın rayon İcra Hakimiyyətinin Ağcabədi rayon Qaraqışlaq kəndindəki icra nümayəndəsi Pənah Dadaşovla bağlı yeni xəbər var. 

Mia.az-a daxil olan məlumata görə, həbs edilən Pənah Dadaşov təkcə sözügedən rayonun icra başçısı Akif Səlimovun nümayəndəsi olmayıb: «Onlar həmkəndli və yaxın qohum olublar. Hətta Akif Səlimov başçı təyin ediləndən sonra bir müddət Pəhah Dadaşovun Taxtakörpü qəsəbəsində yerləşən poliklinkanın baş həkimi olan qardaşı Şakir həkimin evində qalırdı. Lakin sonradan Şakir həkimin siyasi mövqeyi ilə yayılan şayiələr başçını qorxutdu və o, baş həkimin evindən çıxdı. Amma onlar çox yaxın olublar».

 Qeyd edək ki, həbslə bağlı yayılan xəbərlərdə bildirilirdi ki, Pənah Dadaşovun həbsindən dərhal sonra onun həyat yoldaşı və uşaqlarını da idarəyə aparıb.

 Yayılan xəbərlərə görə, Pənah Dadaşov azyaşlı uşaqları sərhəddən qanunsuz keçirməkdə təqsirli bilinir.

Həbsdən sonra Laçın rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Mirzəyev saytlara deyib ki, icra nümayəndəsi Pənah Dadaşov hüquq-mühafizə orqanları tərəfindən Bakıya dəvət olunub və o, həmin çağırış əsasında Bakıya yollanıb. Daha sonra Pənah Dadaşovun bəzi yaxınlarına da eyni məzmunda çağırış gəlib. İcra Hakimiyyəti başçısının müavini bildirib ki, Pənah Dadaşovun Bakıya çağırılmasının rayon icra hakimiyyəti ilə heç bir bağlılığı yoxdur və onun həbs edilməsi üçün rayonda heç bir xüsusi əməliyyat keçirilməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA