İran, Rusiya və Çin yeni hərbi təlimə hazırlaşır

img

22-09-2022 [12:42]


İran, Rusiya və Çin Hərbi Dəniz Qüvvələri bu ilin payızında Hind okeanının şimal hissəsində birgə təlim keçirəcək.

Report “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri sentyabrın 22-də Silahlı Qüvvələrin paradı zamanı jurnalistlər açıqlamasında bildirib.

Onun sözlərinə görə, təlimdə Pakistan, Oman və başqa dövlətlərin hərbi dənizçilərinin də iştirak edəcəyi gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR