Əvəz Zeynallı ilə "Səda TV"nin rəhbərinə yeni ittiham irəli sürülüb - Bir nəfər isə axtarışa verilib
22-09-2022 [11:32]
İnternet kanallarının rəhbəri - Əvəz Zeynallı və Elnur Şükürova qarşı yeni ittiham irəli sürülüb, bir nəfər isə axtarışa verilib.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, "Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) baş direktoru Zeynalov Əvəz Tapdıq oğlu, “Səda TV” MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Şükürov Elnur Zakir oğlu və Sadıqov Elçin Əli oğlunun qanunsuz əməlləri ilə bağlı cinayət işinin istintaqı davam etdirilir:
"Aparılan istintaqla bir sıra media subyektlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında maddi nemət müqabilində ayrı-ayrı şəxslərin xeyrinə hərəkət edilməsi məqsədilə rəhbərlik etdikləri internet kanallarının imkanlarından istifadə edərək müxtəlif dövlət orqanlarının vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə ayrı-ayrı şəxslərə vəd etdikləri qərarların qəbul edilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.
Belə ki, vəzifəli şəxs olan “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalov və vəzifəli şəxs olan “Səda TV” MMC-nin direktor müavini olmaqla faktiki olaraq eyni adlı internet kanalının rəhbəri Elnur Şükürov və sonuncunun tanışı Rəhimov Teymur Sabir oğlu qabaqcadan əlbir olmaqla öz aralarında əldə olunacaq vəsaitin bölüşdürülməsi barədə razılığa gələrək Sumqayıt şəhəri 29-cu məhəllə, 17/18 nömrəli evin birinci mərtəbəsində yerləşən 25 saylı mənzilin arxa tərəfində yerləşən boş torpaq sahəsinin Nəzakət Cəfərovanın xeyrinə özəlləşdirilərək orada mağaza tikilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətindən müvafiq icazənin alınmasının “Xural TV” internet kanalının təsir imkanlarından istifadə edərək təşkili müqabilində 11.070 manat alaraq qeyd olunan mənzilin təyinatının dəyişdirilərək qeyri-yaşayış sahəsinə keçirilməsi, habelə tikiləcək mağazanın layihəsi ilə bağlı müvafiq sənədlərin əldə edilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Bununla yanaşı, eyni qaydada qabaqcadan razılaşmaqla Əvəz Zeynalov və Elnur Şükürov sonuncunun tanışı Vəliyev Telman Hüseyn oğlunun Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yaşadığı evin qarşısında mağaza tikməyə icazə verilməsi üçün 7000 manat alaraq “Xural TV” internet kanalının təsir imkanlarından istifadə etməklə Sabunçu Rayon İcra Hakimiyyətinin müvafiq vəzifəli şəxsinin qərarına qanunsuz təsir göstərmək məqsədilə telefonla zəng edərək qohumu olduğunu bildirib tikintinin aparılmasına icazə verilməsinə nail olmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Əvvəllər xəbər verildiyi kimi, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olan 0.57 ha torpaq sahəsinin və 168 m2 tikilinin özəlləşdirilməsi ilə bağlı zəruri sənədlərin əldə edilməsi üçün 50.000 manat alaraq özəlləşdirməyə etirazın olmaması barədə müvafiq məktubun verilməsinə dair qərarın qəbuluna qanunsuz təsir göstərməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İstintaqla Elnur Şükürovun qeyd edilən əməli də Əvəz Zeynalovla qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Toplanmış sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu və Şükürov Elnur Zakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə - nüfuz alveri) maddəsi ilə yenidən ittiham elan edilmiş, Rəhimov Teymur Sabir oğlu Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmişdir.
Təqsirləndirilən şəxslərin digər qanunsuz əməllərinin ifşa edilməsi, habelə bu kimi əməllərdə iştirak etmiş digər media subyektləri və nümayəndələri, habelə başqa şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin təmin olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi