Rusiyada səfərbərliyə qarşı etiraz aksiyası: 1000-dən çox saxlanılan var

img

21-09-2022 [23:00]


Rusiyada səfərbərliyə qarşı keçirilən aksiyaya görə 1026-dan çox adam saxlanılıb.

Bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb.

Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.

Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Bundan sonra Rusiyanın demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR