22-04-2014 [17:59]
Həmin məlumat və videonu yayan "virtualaz.org” xəbər saytının rəhbəri Eynulla Fətullayev mediaya açıqlamasında deputata ismarış göndərib və ondan sübut istəyib: "DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, "10 LZ 100” dövlət nömrə nişanlı avtomobilinin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik "10 LR 100” dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E. Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz”.
Qeyd edək ki, sosial şəbəkələrdə Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun toy karvanının videosu yayımlanıb. Həmin videodan görünür ki, 10-LR-100 və10-LZ-100 dövlət nömrə nişanlı markalı avtomobilləri Məmmədovlar idarə edir.
Jurnalist Eynulla Fətullayev deputat Elton Məmmədovun sonuncu açıqlamasına da cavab verib. "Qafqazinfo”ya açıqlama verən E. Fətullayev deyib ki, deputatın oğlunun avtoşluq etdiyi avtomobillərin onlara məxsus olmamasında israr etməsi bu adamları daha da bataqlığa sürükləyir: "Bu şəxs Elton Məmmədovun yaxın çevrəsində olan adamdı. Onun daima kortejindədir. Elton Məmmədovun oğlu Aynar da həmin avtomobili etibarnamə ilə sürür. Sual yaranır - 2 saat içində Elton Məmmədov bu şəxsi hardan tapdı? Və tanımadığı adam ona öz texpasportunu nə tez verdi? Digər tərəfdən - görəsən Elton Məmmədovun adını həyatda bir mülk, ev maşın varmı? Varsa, təqdim etsin. Guya onun yaşadığı villalar öz adınadır? Dükanları, mülkiyyəti öz adınadır? Kimi ələ salır? Amma ona qəti sözüm budur ki, oğlu daha bu maşına minməsim, yoxsa şəklini çəkib nümayiş etdirəcəm. Xalqıma bir xidmətim oldu, xalqın əlindən alınmış bir əmlakı elə oliqarxların əlindən alıb xalqa qaytardıq”
Qeyd edək ki, bir neçə gündür mətbuatda 10 LZ 100 dövlət nömrə nişanlı avtomobilin avtoşluq kadrları yayılır. Maşını sürənin Ziya Məmmədovun qardaşı depputat Elton Məmmədovun oğlu Aynar Məmmədov olduğu deyilir. Aynarın atası isə bu xəbərləri yazanları sifarişdə ittiham edərək maşının onlara məxsus olmadıgını iddia edir.
Bu arada publika.az saytı "10 LZ 100” dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobilin sahibi Bağırov Zaur Mətləb oğlu barədə qısa araşdırma aparıb. Məlum olub ki, Zaur Bağırov hazırda Nəqliyyat Nazirliyinin balansında olan "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışır. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Z.Bağırov Elton Məmmədovun ailəvi yaxın tanışıdır. Hətta, deputat Elton Məmmədov ilə Aynar Məmmədovun müxtəlif məkanlarda bahalı avtomobillərdə və dəbdəbəli həyat tərzlərini əks etdirən birgə fotoları da var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi