İran-Azərbaycan sərhədində naməlum şəxslər posta hücum edib, 4 nəfər ölüb

img

22-04-2014 [15:16]


 İran-Azərbaycan sərhədində baş verən silahlı insident zamanı 4 nəfər öldürülüb.

APA-nın "Oyannews” istinadən verdiyi məlumata görə, hadisə aprelin 21-də gecə saatlarında İranın Ərdəbil vilayətinin Biləsuvar şəhərinin Xoruzlu kəndində baş verib.

 

Yerli sakinlər naməlum şəxslərin İran-Azərbaycan sərhədindəki posta hücum etdiklərini və tərəflər arasında silahlı qarşıdurma baş verdiyini bildiriblər. Onlar da həmin 4 nəfərin posta hücum zamanı öldürüldüyünü ehtimal edirlər. Bunlardan birinin polis əməkdaşı, o birinin əsgər, digər ikisinin mülki şəxslər olduğu vurğulanır. Ölənlərin yerli azərbaycanlılar olduqları qeyd edilir.

 

Hazırda İran polisi və təhlükəsizlik qüvvələri hadisə yerində araşdırma aparır. Hökumət 4 nəfər yerli sakinin ölüm səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA