Kəmaləddin Heydərovun oğlu şirkət rəhbəri oldu

img

22-04-2014 [14:28]


FHN rəhbəri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov ilk dəfə rəsmən Azərbaycanda yaradılan kommersiya şirkətinin rəhbəri olub.

MİA Turan-a istinadən xəbər verir ki, şirkətin ofisi Heydərovlara məxsus Kempinski Badamdar Baku hotelindədir. KİV-də bu yaxınlarda gedən məlumata görə, 17 fevralda "Sabah P&D International” MMC qeydiyyata alınıb. Şirkətin direktoru 29 yaşlı Tale Heydərovdur.

Buna qədər T. Heydərov London Universitetinin Birbek kollecinin 24 yaşlı məzunu (2007-ci il) Azərbaycan-Avropa Cəmiyyəti diaspor təşilatının (The European Azerbaijan Society) təsisçisi, "Qəbələ” futbol klubunun prezidenti idi. Xaricdə United Enterprises International (UEI) holdinq şirkətinin İH sədri idi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA