VHP-dən Nensi Pelosinin fikirlərinə etiraz: ”Siyasi riyakarlıqdır…”
19-09-2022 [10:52]
"Azərbaycanın öz torpaqlarını işğaldan azad edərək regionda lider dövlət statusunu gücləndirməsi, xüsusilə Azərbaycan-Türkiyə ittifaqının getdikcə möhkəmlənərək bölgədə hegemon qüvvəyə çevrilməsi türk düşmənlərini hərəkətə gətirib. ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri bu qüvvələrin demarşına çevrildi. Özünü demokratiyanın beşiyi sayan bir ölkənin qanunverici orqanının rəhbərinin qondarma “soyqırım” abidəsi önündə axıtdığı göz yaşları sözün bütün mənalarında siyasi riyakarlıqdır".
Mia.az xəbər verir ki, bu, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bəyanatında yer alıb.
Bildirilib ki, uydurma erməni nağılına bu cür dəstək verən ABŞ rəsmiləri başa düşməlidir ki, onların bütöv bir xalqa, böyük türk toplumuna qarşı həyasız və əsassız iddialarla çıxış etməsi dövlətlərarası münasibətlərin mürəkkəbləşməsinə səbəb olur:
"Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş qaydada öz təhlükəsizliyini təmin etmək üçün atdığı addımlar əleyhinə bu cür səriştəsiz adamların fikirlər səsləndirməsi heç bir diplomatik etiketə sığmır . Vətəndaş Həmrəyliyi Partiyası hesab edir ki, Azərbaycan dövləti bu cür adamlarla bağlı ABŞ-ın rəsmi dairələrinə diplomatik qaydada etiraz etməli, onların bu hərəkətlərinin əsassız olduğunu sərt şəkildə nəzərə çatdırmalıdır.. Lobbiçilik adı altında istənilən dövlətin əleyhinə istənilən fikir söyləmək mümkündürsə, onda hər kəs ABŞ dövlətinin yaranarkən yerli əhaliyə divan tutmasından, 80 min insanı qəddarcasına qətlə yetirməsindən danışmalıdır.
Azərbaycan ordusunun son əməliyyatları nə miqyasına, nə də insan təlafatına görə ABŞ-ın öz sərhəddindən min kilometrlərlə uzaqda – Vyetnamda, İraqda, Əfqanıstanda apardığı müharibələrlə müqayisə edilə bilməz.
VHP qətiyyətlə bildirir ki, Azərbaycan olaraq bizim də söyləməyə kifayət qədər sözümüz var; ölkəmiz beynəlxalq hüquqlar çərçivəsində hərəkət edir, müəyyən faşist ideologiyasına məruz qalmış millətin çılğın iddialarına əhəmiyyət vermir. Qarabağın 30 il davam edən işğalı dövründə Azərbaycanın ermənilər tərəfindən dağıdılmış tarixi abidələrinə, mədəniyyət obyektlərinə qarşı biganəlik göstərilməsi, dağıdılan və məhv edilən Azərbaycan tarixi irsinə susqunluqla yanaşılması, bütün bunlara görə ermənilərə qarşı heç bir bəyanat verilməməsi fonunda xanım Pelosinin İrəvanda Azərbaycana qarşı səsləndirdiyi fikirlər ABŞ üçün utancvericidir".
VHP hesab edir ki, ABŞ-ın uzun illərdir ki, tərəfdaşı olan Azərbaycana qarşı bu münasibət məhz Amerikanın milli təhlükəsizlik maraqlarına qarşıdır: "Yəni, Ermənistanın maraqlarının bu cür sərt şəkildə müdafiə edilməsi əslində ABŞ-ın dövlət maraqlarına ziddir. Vətəndaş Həmrəyliyi Partiyası ABŞ Konqresi Nümayəndələr Palatası sədrinin heç bir reallığa və beynəlxalq hüquqa uyğun gəlməyən fikirlərini qətiyyətlə pisləyərək bunu Azərbaycana qarşı illərlə yürüdülən ikili standartın tərkib hissəsi sayır. Eyni zamanda bəyan edirik ki, hər hansı dövlət rəsmisi və yaxud təşkilat tərəfindən Azərbaycan əleyhinə səsləndirilən hər hansısa bəyanat, qəbul edilmiş hər hansısa qətnamə dövlətimizin bu istiqamətdə tutduğu düzgün yolu dəyişdirə bilməz".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi