22-04-2014 [14:05]
Vətəndaş və İnkişaf Partiyasının (VİP) Əli Əliyev özünün "Facebook” səhifəsində Rusiya hakimiyyətinin postsovet məkanında ekspansiv siyasəti və bu fonda Azərbaycan hakimiyyətinin müqavimətsiz susqunluğuna kəskin münasibət bildirib.
Ə.Əliyevin həmin statusunu təqdim edirik:
"Vətəndaşlıq haqqında yeni Rusiya qanunları Putin komandasının ətraf dövlətləri, keçmiş SSRİ respublikalarını işğal etmək üçün hüquqi baza yaradır. Azərbaycan hakimiyyəti isə inamla susqunluğunu qorumaqdadır.
Artıq özünümüdafiə simptomları sezilməyə başlayır. YAP-a yaxın strukturlar mətbuatda ticarət predmetlərini nümayiş etdirməkdədir. Müstəqilliyin əvəzinə Qarabağ formulu ilə. Ötən il də belə təkliflər səsləndirilirdi.
Təklifi səsləndirənlər siyasi baxımdan yetkin şəxslərdir. Onların arxasında duranlar da məlumatlı adamlardır. Belə təkliflərin ərsəyə gəlməsi həmin şəxslərin satqınlığından və ya bilməzliyindən irəli gəlmir.Qətiyyən. Bu sayaq fikirlər növbəti dönəmdə hakimiyyəti və milyardları qorumaq təşəbbüsləridir.
Fikri səsləndirənlər siyasi aysberqin görünən tərəfidir. Onlar hakimiyyətin kiçik bir şaxəsi olmaqla, həlledici vəsaitə və ixtiyara malik deyillər. Lakin onlara arxa duran, illər ərzində belələrini siyasi meydanın üst qatında saxlayan oliqarx məmurlar "Rusiya gələrsə, necə edək?" sualına cavab axtarırlar. Həmin qüvvələr üçün bu yolda ən yaxşı hazırlıq "B","C" və s. variantları istehsal etməkdir.
Ötən il tədbirlərin birində özəl söhbət zamanı diplomatik korpusdan bir şəxs mənə Milli Şura layihəsi təhlükəsi zamanı xeyli sayda "samballı" məmurun Moskvaya "salam" göndərməsi barədə söz-söhbətin olmasını demişdi. Məlumatın dəqiqliyini yoxlamaq imkanım olmadığından həqiqiliyini də iddia etmirəm.
Lakin istisna deyil ki, mətbuatda belə təkliflərin səsləndirilməsi kimlərinsə Kremlə əməkdaşlıq təklifinin bir formasıdır. Əks halda, Rusiya işğal etdiyi Qarabağı nəyə görə bağışlamalıdır? Qarabağın əvəzində Azərbaycan dövlət olaraq, nəyindən keçməlidir ki, işğal edilmlş torpaqlar geri qaytarılsın?
Gömrük İttifaqı özündə hansı gizlinləri daşıyır ki, Ukrayna siyasi qüvvələri buna müqavimət, Azərbaycanda isə bəziləri həvəs nümayiş etdirirlər? Azərbaycan iqtidarı sükunət taktikası seçib. Fikrimcə, sürüyə hücum etmiş canavar qarşısında öz yeyilmək növbəsini gözləmək simptomundan qurtulmaq vaxtıdır. Daxili zəifliyə rəğmən kənar təhlükədən aşırı ehtiyatlılıq mövqeləri bir qədər də zəiflədir.
Kənar faktorun təhlükəli təsirini hakimiyyətin qeyri-legitimliyi bir qədər də artırır. Fərsiz iqtisadi siyasət ucbatından yaranmış bir neçə milyonluq əmək miqrantları ordusu təzyiq mənbələrindən birinə çevrilib. Aparılan səhv daxili siyasət Putinin istinad etdiyi "rusdilli" amilini gücləndirib.
Orta məktəblərdə artan rus bölmələrinin sayı, "ruskoyazıçnıy" ifadəsinin az qala kübarlıq anlamına qalxması, baş nazirin hesabatını dövlət dilində yazıdan oxuya bilməməsi "şanlı iqtidar”ımızın apardığı səhv siyasətin epizodik məqamlarıdır.
Rus qoşunlarını 1990-cı ildə Bakıya dəvət etmiş birinci nazirimiz bu dəfə də rusdilli şəxs qismində keçmiş SSRİ vətəndaşı kimi Kremlin işinə yarıya bilər. Mən dəlinin yadına daş salmaq məqsədində deyiləm, lakin acı həqiqət belədir.
Sovet dövründə qarışıq ailə quraraq imperiyaya xidmət etmiş, millilikdən uzaq məmurların da hakimiyyətdə yer alması təhlükə mənbələrindən biridir. Məhz belə şəxslərin formalaşdırdığı siyasətin nəticəsidir ki, ölkə daxilində müstəqillik gündəlik dolanışıq imkanından məhrum edilmiş xeyli sayda insan üçün səfalət, məhrumiyyət, çətinlik kimi başa düşülməkdədir.
Belə təbəqənin daxilində SSRİ xiffəti baş qaldırır. YAP hakimiyyəti həm də belə problemlər yaradıb Dövlətimizdə.
İqtidar Rusiyanın sürünən ekspansiyasının qarşısını almaq üçün konkret addımlar atmalıdır. Daxili konsolidasiyaya aparan qərarlar verilməlidir.
Hakimiyyət unutmamalıdır ki, iqtidar onundur, Dövlət onun deyil, dövran onundur, Zaman onun deyil.
Bu dövlət bizə Babalarımızdan miras qalıb, nəvələrimizindir. Kimlərsə ona obyekt kimi baxa bilər, hətta o keyfiyyətdə xaricilərlə ortaq olaraq müvəqqəti istifadə də edə bilərlər, lakin tam sahiblənə bilməzlər.
Bunu heç vaxt unutmasınlar, yadda saxlasınlar”.
VİP mətbuat xidməti
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi