Dini Komitədən sərt bəyanat: "Dəfn mərasimində dini şüarlar səsləndirənlər müəyyən dairələrin təlimatlarını yerinə yetirirlər"
15-09-2022 [19:35]
"12 sentyabr 2022-ci il tarixindən etibarən Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, habelə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarını və Brüssel danışıqlarında əldə edilmiş razılaşmaları kobudcasına pozaraq Azərbaycana qarşı növbəti hərbi təxribatı Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və bu ölkədə revanşist meyillərin daha da gücləndiyini, rəsmi İrəvanın sülhə hazır olmadığını bir daha təsdiqləyir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycan Ordusu bu dəfə də canı-qanı bahasına bu xain hücumun qarşısını aldı, düşmənə layiqli cavab verərək ona növbəti dəfə sarsıdıcı zərbələr vurdu".
Mia.az xəbər verir ki, bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaydığı açıqlamada bildirilib.
Bildirilib ki, son təxribatlar nəticəsində Vətənimizin bölünməzliyi uğrunda canından keçən şəhidlərimizin dəfn mərasimlərində dini şüarların səsləndirilməsinə gəlincə, müşahidələr onu göstərir ki, müəyyən kənar dairələrin təlimatlarını yerinə yetirdikləri şübhə doğurmayan bu təxribatçı qaragüruhçular qrup halında hərəkət edir, ictimai-asayişi pozmağa cəhd edir, nümayişkaranə şəkildə özlərini əsl “dindar” kimi göstərmək istəyirlər:
"Halbuki onların bu kimi daha çox şou təəssüratı yaradan davranışlarının nə hüquqi, nə də dini baxımdan əsası yoxdur. Digər tərəfdən, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin XVIII fəslində (“Dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiramın göstərilməsi”) şəhidlərimizin dəfn mərasiminin hansı formada keçirilməli olduğu açıq şəkildə göstərilib və bu qaydalarda hər hansı başqa hərəkətlərə yol verilməsi nəzərdə tutulmayıb. İslam dininə görə, dəfn mərasimləri mümkün qədər sükut içərisində keçirilməli, hətta zikrlər belə uca səslə söylənilməməlidir. Bununla bağlı İslam mənbələrində kifayət qədər faktlar vardır. Dəfn mərasimində bu cür qışqırıq salanların əməlləri, eyni zamanda xalqımızın formalaşmış adət-ənənələrinə də ziddir. Ancaq həm hüquqa, həm də dini ehkamlara məhəl qoymadan dəfn mərasimlərində dini şüarlar səsləndirən həmin adamlar məlum məsələdir ki, din adından istifadə edərək idarə olunduqları dairələrin tapşırıqlarını yerinə yetirməyə çalışırlar. Əslində bu cür din pərdəsi altında şəhidlərin dəfn mərasimindən istifadə edən qaragüruhçuların əməllərində başqa məqsəd gizlənir. Onlar hətta, şəhid valideynləri və yaxınlarının çağırışlarına fikir vermədən öz mənhus və qanunazidd əməllərini davam etdirirlər. Azərbaycan xalqı bu kimi təxribatçı qrupları yaxşı tanıyır və birmənalı olaraq qətiyyətlə rədd edir. Şəhidlərin dəfn mərasimlərindən özlərinin məkrli əməlləri üçün istifadə etmək istəyənlər heç bir şeyə nail ola bilməyəcəklər.
Daxili İşlər Nazirliyinin də bu cür neqativ hallarla bağlı açıqlamasında qeyd olunduğu kimi, şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin adamları oradan uzaqlaşdırmır, ancaq mərasimlər başa çatdıqdan sonra qeyd olunan təxribatçıların ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür.
Onu da qeyd etmək lazımdır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə müvafiq dövlət qurumları ilə koordinasiyalı fəaliyyət göstərir. Belə ki, Dövlət Komitəsi yerli icra hakimiyyətləri ilə birlikdə şəhidlərimizin dəfn mərasimləri üçün din xadimlərinin iştirakını təmin etməklə yanaşı, bu istiqamətdə maarifləndirmə işini daima diqqət mərkəzində saxlayır və əməkdaşlarımız mərasimlərdə iştirak edir.
Unutmamalıyıq ki, şəhidlərimiz təkcə öz ailələri üçün deyil, hər birimiz üçün doğmadır, əzizdir. Çünki onlar canlarını Vətənimizin ərazi bütövlüyü, suverenliyi, təhlükəsizliyi, vətəndaşlarımızın xoşbəxtliyi, sahib olduğumuz milli-mənəvi dəyərlərimizi yaşatmaq uğrunda fəda etmişlər. Onlara layiq olduqları ehtiramı göstərmək isə hər birimizin borcudur!
Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarşısında baş əyirik".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi