Nazirlik 17 nəfər insan alveri qurbanına yardım edəcək

img

22-04-2014 [12:34]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) daha 17 nəfər insan alveri qurbanına müvafiq yardımların göstərilməsinə başlayıb.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu günlərdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə İdarəsi tərəfindən daxil olan məlumat əsasında 17 nəfər insan alveri qurbanına müvafiq yardımların göstərilməsinə başlayıb.

Həmin şəxslərin əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməklə, məşğulluqlarının təmin edilməsi, lazım gəldikdə sosial yardımla təmin olunmaları da diqqətdə saxlanacaq. Cari ilin ilk rübü ərzində isə Mərkəz DİN-in Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 4 nəfər insan alveri qurbanına və 11 nəfər insan alverinin potensial qurbanına maddi, hüquqi-psixoloji yardımlar göstərilib, həmçinin 2 nəfəri münasib işlərlə, 2 nəfəri sosial xidmət müəssisəsində yaşayış yeri, 3 nəfəri ünvanlı dövlət sosial yardımı ilə təmin olunub.

Qeyd edək ki, insan alveri haqqında və insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün Mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında maarifləndirmə tədbirləri də həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA