"ABŞ Azərbaycanla Ermənistan arasında artan gərginlikdən narahatdır" - Blinkenin köməkçisi XİN başçısı ilə danışdı
14-09-2022 [22:55]
"ABŞ Azərbaycanla Ermənistan arasında artan gərginlikdən narahatdır".
Mia.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid deyib.
Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində davam edən gərginlik barədə məlumat verib və yaranmış vəziyyətdən Azərbaycan tərəfinin ciddi narahatçılığını qarşı tərəfin diqqətinə çatdırıb.
13 sentyabr tarixində əldə olunmuş atəşkəsə baxmayaraq, Ermənistan tərəfinin razılığı pozaraq mövqelərimizə hücum etməkdə davam etdiyi, hərbi qulluqçularımızın həlak olduğu vurğulanıb. Azərbaycanın yalnız Ermənistan tərəfinin hücumlarına qarşılıq verdiyi və hərbi birləşmələrini hədəf aldığı qeyd edilib. Ermənistanın qeyd-şərt olmadan atəşkəsə əməl etməsinin, təxribatlardan çəkinməsinin və problemlərin danışıqlar yolu ilə həll edilməsinin əhəmiyyətli olduğu vurğulanıb. Azərbaycanın Ermənistan ilə siyasi-diplomatik müstəvidə normallaşma prosesində maraqlı olduğu bildirilib.
Karen Donfrid ABŞ tərəfinin hərbi əməliyyatların dərhal dayandırılacağını və atəşkəsə əməl olunacağını gözlədiyini bildirib. Sabitliyin təmin olunmasının və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin vacib olduğunu vurğulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi