Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Sumqayıt Gənclərinin sahibkarlıq bacarıqlarının inkişafetdirilməsi” layihəsi çərçivəsində "Biznes-planın yazılması" mövzusunda təlim keçirilib.Layihənin rəhbəri Arzu Qafarlının verdiyi məlumata görə sözügedən təlimdə20 nəfər iştirakçı gənclərlə yanaşı, KİV-lər, tanınmış təlimçilər də iştirak edib.
Təlimçi ekspertİsmayıl Kərimov bildirib ki,Biznes-planın yazılışının standart forması yoxdur: "Elə bir forma işləyib hazırlamaq lazımdır ki, bu biznes-plan sizin sahibkarlıq strukturunuza cavab verə bilsin. Təbiidir ki, hər bir fəaliyyət növü və bu fəaliyyətin təşkili köklü surətdə bir-birindən fərqlənir. Ona görə də, biznes-planın hazırlanmasından qabaq, biznes-planın elementlərini тəhlil etmək və bu elementlərdən hansının sizin biznes üçün daha münasib olduğunu müəyyən etmək lazımdır”.
Təqdim edilən strukturun gələcək işləri üçün yaxşı model ola bildiyini deyən İ. Kərimov işə başlamazdan öncə məhsulun və ya xidmətin çıxacağı bazar haqqında mümkün qədər çox məlumat toplamağın vacibliyini qeyd edib: "Biznes-plan bu bazarda sizin ilk məhsulunuzdur”.
Biznes-planın hazırlanmasının çox vaxt tələb etdiyini söyləyən təlimçi ekspert ancaq bu sərfin tezliklə öz bəhrəsini verəcəyini diqqətə çatdırıb: "Layihənin təqdimatı prosesi nə qədər keyfiyyətli keçərsə, müvəffəqiyyət üçün bir o qədər də çox imkan yaranacaqdır. Belə ki, bunun sayəsində, gələcək investorlarınız və ya kreditorlarınızdan daha sərfəli maliyyələşmə şərtlərini əldə edə bilərsiz”.
Təlimin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb.
Qeyd edək ki, layihənin məqsədi Sumqayıt gənclərini sahibkarlıq fəaliyyətində marketinqin əsasları, marketinq planın hazırlanması, onun növləri, rəqibləri tanıma, tələbatın araşdırılmasımövzularında marifləndirməkdir.
Layihə çərçivəsində gənclərə sahibkarlıq fəaliyyətinə, yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, öz işlərini səmərəli istifadə etmək üçün məlumatlar verməkvə s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanıb, maarifləndirici bukletlər nəşr edilib.

