22-04-2014 [11:09]
Bu sözləri "Axar.az”a millət vəkili Elton Məmmədov Zığ-Aeroport yolunda avto-xuliqanlıq edən 10 LZ 100 nömrəli "Porsche Panamera” maşınının oğluna məxsus olması məsələsinə aydınlıq gətirərkən bildirdi. Onun sözlərinə görə, oğlunun adını hallandıranlar onu gözü götürməyənlərdir:
"Bununla Azərbaycan gəncliyini qıcıqlandırmaq istəyirlər. Sizə tövsiyyə edirəm, belə maşın nömrələri olanda yol polisindən müəyyənləşdirin. Görün, maşın kimə məxsusdur. Ondan sonra bu barədə yazın”. E.Məmmədov bunu ona və qohumlarına qarşı şantaj olduğunu dedi:
"Tam səmimi sizə bildirirəm ki, oğlumun belə bir maşını yoxdur. Bu oğluma qarşı şantajdır. Bu şayiəni yaymaqla məni və mənim qohumlarımı şantaj etməyə çalışırlar. Yoxdur belə şey. Azərbaycan gənclərinə qara yaxmasınlar. Mətbuat işçisi kimi siz də buna imkan verməyin. Əksinə, bu gənclərin müdafiəsinə qalxın. Suçlu olmayan bir insana bu qədər qara yaxmaq olarmı? Allahdan qorxmurlar bu insanlar?” Millət vəkili qeyd etdi ki, oğlu haqqında yayılan bu şayiələrlə bağlı heç bir addım atmaq fikrində deyil:
"Heç bir açıqlama etməyəcəyəm. Ancaq hesab edirəm ki, ləyaqətli jurnalistlər özləri araşdırma aparmalı, həqiqəti ortaya çıxarmalıdırlar. Təkcə mənim deyil, digərlərinin də övladlarının adı çəkilirsə, bunu araşdırmaq və cəmiyyətə həqiqəti çatdırmaq lazımdır. Araşdırmadan, müəyyənləşdirmədən bunu kiminsə övladının üstünə atmaq ayıbdır”.
Qeyd edək ki, mediada dövlət nömrə nişanlarından biri 10 LZ 100 nömrəli iki "Porsche Panamera” markalı avtomobilin Zığ-Aeroport şossesində yüksək sürətlə yarışa çıxmasını əks etdirən video yayılıb. Bir neçə saniyələrik kadrlardan görünür ki, avtomobillərdən biri "Porsche-911” (qiyməti 250 min manata yaxındır), digəri isə "Nissan Skyline Gtr35" markalıdır (qiyməti 130-140 min dollar arasındadır). "100” seriyalı "Porsche”nin nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğluna məxsus olduğu barədə mediada iddialar səslənib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi