Zakir Həsənov hərbçilərimizə daha bir təlimat verdi

img

22-04-2014 [10:50]


Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.

Müdafiə nazirliyindən verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən 2014-cü ilin aprel ayının 23-dən 2015-ci ilin yanvar ayının 16-dək San Antonio şəhərində (ABŞ) ingilis dili təlimatçıları üçün təməl kursu və aprel ayının 23-dən may ayının 1-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) Dil standartları və qiymətləndirmə seminarı keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA