MM-in Komitə sədri: "Sərhədin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır"
13-09-2022 [11:07]
"Sülh müqaviləsi üzrə danışıqlar prosesinin baş tutmasını pozmaq, üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmək, qeyri-səmimilik, təxribat törətmək Ermənistanın hərbi-siyasi rəhbərliyinin köhnə siyasətidir. Amma bu siyasətin axırı yoxdur".
Mia.az xəbər verir ki, bu fikirləri Report-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Komitə sədri belə təxribatlardan birinin ötən gün baş verdiyini xatırladıb:
"Ötən gecə təxribatlar daha geniş şəkil aldı. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə silahlı qüvvələrimizin şəxsi heyəti arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısı alınıb və Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması istiqamətində Azərbaycan Ordusunun bu istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən qəti cavab tədbirləri görülüb".

Ziyafət Əsgərov
Deputatın sözlərinə görə, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatları, Ordumuzun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı:
"Azərbaycan Ermənistana təxribatlarından əl çəkməsinə görə dəfələrlə xəbərdarlıq etmişdi. Onlar bilməlidirlər ki, ölkəmizə qarşı istənilən təxribatın cavabı ağır olacaq. Avqustun əvvəlində “Qisas” əməliyyatı zamanı da Ermənistana dərs verildi. Amma görünür, bu da Ermənistana bəs etmədi. Brüssel görüşündən sonra Ermənistan sülhə daha çox yaxınlaşmaq əvəzinə təxribata əl atdı. Halbuki Brüssel razılaşmasına görə Ermənistan humanitar məsələlər üzrə götürdüyü öhdəlikləri yerinə yetirməli idi. Amma biz əksini gördük. Qarşı tərəf bir qədər də azğınlaşaraq, daha genişmiqyaslı təxribatlar törətdi. Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirərək, vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan ərazilərində neçə gündür təxribatları davam etdirməklə rəsmi İrəvan regionda təcavüzkar və işğalçı olduğunu bir daha təsdiqləyir. Təxribat davam etdikcə qisas da daha sərt şəkildə davam edəcək. Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının Azərbaycan Qarabağ İqtisadi Zonasında mövcudluğu heç bir halda qəbul edilə bilməz. 10 noyabr 2020-ci il bəyanatında da qeyd olunduğu kimi, bu qanunsuz birləşmələr Azərbaycan ərazilərindən çıxmalıdır”.
Z.Əsgərov qeyd edib ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi ikiüzlü siyasətindən əl çəkməli, qəsdən regionda vəziyyəti gərginləşdirməməli, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmamalı, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməlidir: "Hesab edirəm ki, Ermənistanın bütün hərbçiləri Azərbaycan ərazisindən çıxarılmalı, Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Bununla da Ermənistan sülhə məcbur edilməlidir. Çünki erməni revanşizminin baş qaldırmasına imkan vermək olmaz".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi