Ərdoğanla Bayden görüşəcək

img

09-09-2022 [17:15]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabr ayı ərzində ABŞ-a səfər edə bilər.

“Röyters” xəbər verir ki, o, Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

Liderlərin Ukraynadakı müharibəni, Türkiyə-Rusiya arasındakı münasibətləri, Suriyadakı durumu müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, R.T.Ərdoğan və C.Bayden sonuncu dəfə iyun ayında, İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammiti çərçivəsində bir araya gəlmişdilər.

Xatırladaq ki, daha əvvəl həm C.Baydenin, həm də R.T.Ərdoğanın sentyabrın 18-də Britanayaya səfər edərək kraliça II Yelizabetin dəfn mərasimində iştirak edə biləcəkləri barədə məlumat yayılmışdı/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR