“Qafqaz” Univeristetinin rektoru ölkədən getməyəcək

img

21-04-2014 [16:10]


"Ənvər Özərən ölkədən getməyəcək”. Bu sözləri "Axar.az”a açıqlamasında Ənvər Özərənin vəkili Emin Qurbanov deyib.

Vəkil Ənvər Özərənin Azərbaycandan deportasiya olunacağı ilə bağlı yazılanların hamısının yalan olduğunu bildirib: "Bu barədə Türkiyə mətbuatında informasiya yayılmışdı. Daha dəqiq desəm, "Aydınlıq” qəzetində çap olunmuşdu. Amma o da təkzibini tapdı. Ənvər Özərinin ölkədən getməsi ilə bağlı yayılan informasiyaların hamısı yalandır”.
QafqazUniveristetininİctimaiyyətlə Əlaqələr üzrə Prorektoru Natiq Paşa isə yayılan xəbərin ümumiyyətlə həqiqəti əks etdirmədiyini söyləyib: "Ümumiyyətlə yayılan xəbər tam yalandır. Bu, heç bir həqiqəti əks etdirmir. O, hazırda iş başındadır. Bu gün günortaya qədər İdarə heyətinin iclası keçirilib və rektor da həmin iclasda olub”.
Qeyd edək ki, bu gün Türkiyə mətbuatında Ənvər Özərən, Qafqaz Universitetinin rektoru Əhməd Sanıç və digər bir sıra şəxslərin Azərbaycandan deportasiya ediləcəyi ilə bağlı informasiya yayılmışdı.
Qafqaz Universitetinin rektoru Əhməd Sanıç isə yayılan xəbərlərin əvvəllərdə olduğunu bildirib. O bu tip informasiyaların təkrar yayınlandığını söyləyib və yaxın müddətdə Təhsil Nazirliyinin bununla bağlı açıqlama verəcəyini güman etdiyini söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA