21-04-2014 [16:04]
Azercell Telekom MMC trafik mübadiləsi üzrə qiymətlərin aşağı salınması ilə əlaqədar Tarif Şurası və Nazirlər Kabinetinin verdiyi qərarı bütövlüklə dəstəkləyir, çünki, sözügedən qərar ilk növbədə abunəçilərin maraqlarına qulluq edir.
Mobil rabitə bazarının lider şirkəti olaraq biz müştərilər üçün "qiymət-keyfiyyət” nisbətinin əhəmiyyətini dərindən anlayırıq. Biz abunəçilərimizin gözləntilərini daha yüksək səviyyədə qarşılamaq üçün planlı şəkildə, daim öz tariflərimizi yeniləyirik. Hal-hazırda mobil bazarın bir oyunçusu ilə fəal danışıqlar mərhələsindəyik. Sözügedən şirkətlə bizim aramızda trafik mübadiləsi üzrə "assimetrik tarif” tətbiq olunur: bu o deməkdir ki, tərəfimizdən həmin operatorun şəbəkəsinə göndərilən trafikin tarifi, onun bizə göndərdiyi trafikin tarifindən daha yüksək təyin olunub. Azercell Telekom həmin operatora dəfələrlə müraciət edərək, trafik mübadiləsi üzrə tarif siyasətinə yenidən baxılmasını təklif etmiş, tariflərin bərabər səviyyəyə gətirilməsinə, mobil xidmətlər bazarında isə rəqabətin güclənməsinə təkan verəcək addımların atılmasına çağırmışdır. Biz qeyd olunan danışıqların təşəbbüskarı kimi çıxış edərək, səylərimizin müvafiq dəstək alacağına inanırıq, çünki bu səylər birbaşa olaraq bütün operatorların abunəçiləri üçün faydalı sayılan şəbəkəxarici zənglərin tariflərinin endirilməsinə xidmət edir.
Biz mövcud vəziyyətin qısa müddətdə həll olunmasında əminik: fikrimizcə, bazardakı bütün oyunçuların fəaliyyəti, nəticə etibarı ilə, müştərilərin daha müsbət təcrübə ilə üzləşməsinə və onlara göstərilən xidmət səviyyəsinin təkmilləşməsinə təsir etməlidir. Bu hadisələrin müsbət məcrada inkişafı, bizim şəbəkədaxili tariflərin tətbiqində çevik olduğumuz kimi, şəbəkəxarici tariflərdə də eyni, müştəri yönlü yanaşmanı tətbiq etməyə imkan verəcək. Misal üçün, yalnız ötən il ərzində 3-cü dəqiqədən sonra pulsuz danışıq fürsəti yaradan Bölgə tərifi çərçivəsində endirimlər 50%-dan çox təşkil etmiş, nəticədə isə bu tarif bir milyondan artıq abunəçini cəlb etmişdir. Məhz bizdə üç milyondan artıq abunəçi, yəni abunə bazamızın 70%-i, 3-cü dəqiqədən sonra sıfır tarifi ilə danışır: bunların bir milyonu regional, digər iki milyonu isə gənclər üçün tariflərdən yararlanırlar. Şirkətimiz müxtəlif seqmentlər üçün sərfəli təkliflər təqdim edir: tələbələr, dövlət qulluqçuları, veteranlar, jurnalistlər, bölgə sakinləri – hər bir abunəçi özünə daha sərfəli olan tarifi rahatlıqla seçə bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi