İndoneziya Putinin təhlükəsizlyinə təminat verib

img

08-09-2022 [11:09]


“G20”nin ("Böyük iyirmilik") Zirvə toplantısına ev sahibliyi edəcək ölkə olaraq biz bütün iştirakçıların təhlükəsizliyinə təminat veririk”.

Bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares Vladivostokda Şərqi İqtisadi Forumunun toplantısı çərçivəsində jurnalistlərə bildirib.

“İndoneziya bir çox beynəlxalq görüşlərə - ASEAN, Şərqi-Asiya sammiti və başqalarına ev sahibliyi edib. Əlbəttə, İndoneziya bütün iştirakçıların, ilk növbədə tədbirlərə qatılmağı planlaşdıran dövlət başçılarının təhlükəsizliyinə təminat verir”, - səfir vurğulayıb.

Qeyd edək ki, bu il noyabrın 15-16-da İndoneziyanın Bali adasında “G20”nin sammiti keçiriləcək. Bir müddət əvvəl Kreml Rusiya Prezidenti Vladimir Putinin zirvə toplantısına qatılması üçün təhlükəsizliyinə təminat istəmişdi. İndoneziya Prezidenti Coko Vidodo isə rusiyalı həmkarının toplantıda iştirak edəcəyini bildirmişdi.

Xatırladaq ki, Sammitin ev sahibi Ukrayna Prezidenti Volodimir Zelenskini də yığıncağa dəvət edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR