"Frayburq"un baş məşqçisindən "Qarabağ" haqqında açıqlama: "Sabit çıxış edən komanda ilə oynayacağıq"

img

07-09-2022 [18:03]


"Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var".

Bunu Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının G qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis görüşü səbirsizliklə gözlədiklərini bildirib: "Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik"/Report.

Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR