Ata evdən qaçan qızını öldürdü (Yenilənib)

img

07-09-2022 [16:49]


Sentyabrın 7-i saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunmuş, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az-ın Prokurorluğa istinadla məlumatına görə, aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***

Azərbaycanda itkin düşən qadının meyiti tapılıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Abşeron rayonunda aşkarlanan meyitə baxış keçirilən zaman Ağsu sakini Aybəniz Abdullayevanın atası Nazim Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

Daha sonra ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Ehtimal edilir ki, N.Əliyev qızının ardınca rayondan Abşerona gəlib və burada onu öldürüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü A.Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub