“Laçın, sən azadsan!” devizi altında şəhid ailələri və qazilərlə birgə tədbir keçirilib - FOTOLAR
07-09-2022 [15:46]
“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin təşkilatçılığı və “Azersun Holding”in dəstəyi ilə “Laçın, sən azadsan!” devizi altında şəhid ailələri və qazilərlə birgə tədbir keçirilib.
Mia.az xəbər verir ki, yazıçı-jurnalist Gülnarə İsrafil tədbiri açıq elan edib.
İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edən “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev qonaqları salamlayaraq 44 günlük müharibədən sonra Laçın şəhəri, Zabux və Sus kəndlərində üç rəngli bayrağmızın dalğalanması münasibətilə təbriklərini çatdırıb. Ali Baş komandanın “Dəmir yumruq”unun həmişəki kimi yerində, müzəffər ordumuzun isə hər zaman hazır olduğunu bildirən QHT sədri şəhidləmizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb. Tədbirin keçirilməsinə görə “Azersun Holding”ə yaratdığı şərait üçün təşəkkürlərini çatdıran Emin Tarverdiyev “Vətən Bağı” STİB adından bu tədbirdə əməyi olan hər bir kəsə minnətdarlıq edib.
Laçınlı alim Arif Gürşadoğlu çıxış edərək Laçının Azərbaycan üçün necə əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb. Laçın şəhəri, Zabux və Sus kəndlərində artıq Azərbaycan üç rəngli bayrağının dalğalanması münasibətilə hər kəsi təbrik edən alim belə tədbirlərin hər zaman keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan Alpaqut Federasiyasının ideoloji və təşkilati məsələlər üzrə vitse prezidenti, Azərbaycan Vətən Müharibəsi veteranları ictimai birliyinin fəxri üzvü, bəstəçi Fərahim Sadiq bütün laçınlılara göz aydınlığı verib, bir daha xalqımıza belə ağrı-acılar yaşamamağı arzulayıb. Gənclərin vətənpərvər ruhunda böyüməsində əllərindən gələni əsirgəmədiklərini söyləyən federasiya nümayəndəsi belə tədbirlərin müntəzəm olaraq keçirilməsinin lazımlı olduğunu diqqətə çatdırıb. Şəhid ailələrinin və qazilərimizin diqqətdə saxlanılmasına böyük önəm verilməsini qeyd edən Fərahim Sadiq 44 gündə ordumuzun keçdiyi şərəfli yola nəzər salıb, oğullarımızın qəhrəmanlığından söz açıb.
İş adamı Hüseyn Asıktürk bu tədbirdə böyük fəxrlə iştirak etdiyini, şəhid əmanətlərinə hər zaman sayğı və diqqətlə yanaşılmağın vacibliyini qeyd edib. “Çünki onlar bizlərə əmanətdi” deyən iş adamı Laçının azadlığı münasibətilə xalqımıza təbriklərini çatıdırb.
Müğənnilərdən Ofelya Şabanova, Əlfəddin Kərimov, Nahid Cəfəroğlunun ifaları alqışlarla qarşılanıb. Şəhid baş leytenant Hikmət Səfərovun oğlu Azər Səfərovun atasına həsr etdiyi mahnı və körpələrin şəhidlərimizə həsr etdikləri şeirlər tədbir iştirakçılarına kövrək anlar yaşadıb.
Tədbirin sonunda şəhid övladları üçün şou təşkil edilib. Fokusçu Namil Aslanın maraqlı seansları, kloun və göygöz kosa personajının tədbirdəki çıxışı, şar və köpük şou şəhid əmanətlərinin sevincinə səbəb olub.
Yekunda “Vətən Bağı” STİB-in həmtəsisçisi Elmar Hüseynov və sədr müavini Xəyalə Əfəndiyeva bütün tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər. Onlar belə tədbirlərin mütəmadi olacağını qeyd edərək əziyyət çəkən hər kəsə təşəkkürlərini çatdırılıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi