Məktəbdə at oynadan direktor: “kişi get nə istəyirsən elə”

img

21-04-2014 [15:50]


Heç kimə sirr deyil ki, ölkə başçısı İlham Əliyevin korrupsiya və rüşvətxorluqla mübarizədə geniş işlər görür. Sübut kimi, prezident dövlət tədbirləri və nazirlər ilə görüşlərdə bildirib ki, "korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da ən ciddi şəkildə davam etdiriləcəkdir. Bu, böyük sosial bəladır, böyük yaradır. Korrupsiyanın, rüşvətxorluğun aradan qaldırılması üçün Azərbaycan dövləti əlindən gələni edir. Rüşvətxorluq üçün meydan daralır. Sistemdə xarakterli tədbirlər görülür, islahatlar aparılır. Eyni zamanda, inzibati metodlar, cəza tədbirləri də görülür və görüləcəkdir.”

Amma deyəsən, Sumqayıt şəhər 2 saylı Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru Əhmədov Nizami Hüseyn oğlunun başı məktəbdə uşaqlardan pul yığımına o qədər qarışıb ki, artıq o, prezidentin korrupsioner məmurların haqqında dediyi sərt sözləri qulaqardına vuraraq, "burda mənəm, Bağdadda isə kor xəlifə” deyir.Redaksiyamıza "Şikayətçi Valideyn” adlı bir anonim vətəndaşdan şikayət ərizəsi daxil oldu. Həmin şikayəti sizə olduğu kimi təqdim edirik:

SALAM. MƏN SİZƏ BİR VALİDEYN KİMİ SUMQAYIT ŞƏHƏR 2 SAYLI TƏBİƏT TƏMAYÜLLÜ GİMNAZİYADAN ŞİKAYƏT EDİRƏM. BU MƏKTƏBİN DİREKTORU NİZAMİ MÜƏLLİM HEÇ KİMƏ VƏ HEÇ NƏYƏ MƏHƏL QOYMAYARAQ AÇIQ -AYDIN PUL(RÜŞVƏT) YIĞIR. BİZ VALİDEYNLƏRDƏN RÜŞVƏTİ MƏCBURİ ALDIRIR, ƏVƏZİNDƏ İSƏ KAĞIZA YAZDIRIR Kİ, "YAZIN, ÖZÜM ÖZ XOŞUMLA BU PULU MƏKTƏBƏ VERİRƏM.” BUNDAN ƏLAVƏ, O MƏKTƏBƏ KÜLLÜ MİQDARDA DÖVLƏT TƏRƏFİNDƏN PUL AYRILSA DA VƏ EYNİ ZAMANDA YENİCƏ TAM TƏMİRDƏN ÇIXSA DA VALİDEYNLƏRƏ KOMPYUTER LƏVAZİMATLARI ALDIRILIR. HƏR ZAMAN SİZİN REDAKSİYANI BU CÜR PİS HALLARLA MÜBARİZƏ APARDIĞINI GÖRƏRƏK, SİZƏ BU ŞİKAYƏTİ ÜNVANLADIM. ANONİM YAZMAQDA MƏQSƏDİM ONDAN İBARƏTDİR Kİ, BİLSƏ HANSI VALİDEYNDİR, O ZAMAN UŞAĞI İNCİDƏCƏK. ÇOX XAHİŞ EDİRƏM BU MƏSƏLƏNİN ÜSTÜNƏ DÜŞÜN.

XeberLent.azinformasiya agentliyi olaraq, məsələnin nə dərəcədə düzgün olub-olmamasını araşdırmaq üçün adıçəkilən məktəbə yollandıq.Bizi qarşılayan direktor ilk olaraq bildirdi ki, sizə nə lazımdır?! Biz də, direktora şikayətlə əlaqədar məsələni araşdırmaq üçün gəldiyimizi bildirdik. Nizami müəllim bu sözləri eşitcək kobudcasına üstümüzə qışqıraraq bildirdi ki, "A kişi, get işinlə məşğul ol!” Cavab olaraq, Nizami müəllimə bildirsək ki, elə bizim işimiz bundan ibarətdir, bir daha əlini oturduğu masaya vuraraq, "durun bu məktəbi tərk edin və işinizlə məşğul olun.” Bildirdik də ki, Nizami müəllim, bura sizin şəxsi mülkünüz deyil ki, siz, bizi buradan məcburən uzaqlaşdırırsınız. O isə bizə bir daha kobudcasına dedi ki,” kişi get nə istəyirsən elə.” Məktəbdirektoruna bildirdik ki, sizin bu davranışınızla əlaqədar Sumqayıt şəhər Təhsil Şöbəsinə müraciət edəcəyik. O isə elə öz mövqeyində qalaraq, bir daha hirsli-hirsli dedi "get kimə istəyirsən şikayət elə.”

Biz də Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vaqif Ələkbərovla telefon əlaqəsi saxladıq. Şöbə müdri də öz növbəsində bizə bildirdi ki, mən indi tədbirdəyəm, çıxım məsələni araşdıracağam.Vaqif müəllimdən Məsələnin üstündən bir gün keçdikdən sonra, şikayətçidən bir xəbərdə gəldi ki, məktəb direktoru pul yığıdığı valideynləri yığaraq, deyib ki, "bir jurnalist gəlib mənə hədə-qorxu gəlirdi yola saldım.Siz pulları tez yığın verin.”

Görünür, Nizami Əhmədovun pul sevgisi onun gözünü o qədər tutub ki, hətta, valideynlərə belə yalan deməkdən, jurnalistə böhtan atmaqdan belə çəkinmir.

Məsələni diqqətdə saxlayacayıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA