Putin Ukraynadakı savaşdan və yeni qaz xəttindən danışdı, sərt mesajlar verdi: "Heç nə itirməmişik və heç nə itirməyəcəyik"
07-09-2022 [11:18]
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukraynada müharibəyə başlamasından heç nə itirmədiyini açıqlayıb.
Bu barədə dövlət başçısı Şərqi İqtisadi Forumun Vladivostokdakı plenar iclasında danışıb.
“Ukraynada xüsusi hərbi əməliyyata başlamaqla heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazancımız suverenliyimizin möhkəmlənməsidir. Bəli, müəyyən qütbləşmə var, amma mən inanıram ki, həm dünyada, həm də ölkə daxilində bu, yalnız faydalıdır. Çünki lazımsız, zərərli və irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz sürət, inkişaf tempi yığmağa başlayacağıq, çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər. Bu istiqamətdə atdığımız bütün addımlar suverenliyin möhkəmləndirilməsinə yönəlib. Və ikinci və ən vacib. Bunu bir daha vurğulamaq istəyirəm. Tez-tez səslənir. Biz hərbi əməliyyatlar nöqteyi nəzərdən heç nəyə başlamamışıq, ancaq başa çatdırmağa çalışırıq”, - ölkə lideri vurğulayıb/Report.
Mia.az xəbər verir ki, Putin Rusiyanın "Şimal axını 2" boru kəməri ilə qaz nəqlinə başlamağa hazır olduğunu da deyib: "“Şimal axını 2”ni işə salmaq üçün “yalnız bir düyməni sıxmaq” kifayətdir. Biz boş yerə heç nə tikmirik. Müvafiq texnologiyaları almışıq və onları işləmişik. Əgər lazım olsa, "Şimal axını 2"ni işə salarıq. Rusiya sabah “Şimal axını”nı boru kəmərini işə salmağa hazırdır, lakin buna imkan verməyəcəklər".
Ukrayna taxılının ixracına toxunan Putin deyib ki, bu məsələdə aldadılıblar: "Türkiyə vasitəçi kmi istisna olmaqla, ixrac olunan taxıl Afrikanın yoxsul ölkələrinə deyil, Avropaya, imkanlı dövlətlərə daşınıb. Bizi aldadıblar. Hansı ki, o vaxt mə Afrika Birliyi ölkələri ilə danışıb onların ehtiyacına görə bu addıma razılıq verdim. Amma görürəm ki, taxıl onlara deyil, Avropaya daşınır. Biz aldadıldıq. Məsələni Ərdoğana görüşəcəyəm".
Mia.az
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliç qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb