Qurban Qurbanov "Frayburq"la oyundan danışdı: "Komandamızım istək və həvəsi böyükdür"

img

06-09-2022 [16:23]


"Bundesliqanın hazırkı liderinə qarşı oynayacağıq. Bu, futbolçularımız üçün gələcəkdə böyük təcrübə olacaq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Frayburq"la UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu üçün Almaniyaya səfər öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, ilk turun oyun üçün komandasının istək və həvəsi böyükdür: "Çünki indiyədək qrup mərhələsində iştirak etmək üçün çox əziyyət çəkilib. Əlbəttə, istərdik ki, Çempionlar Liqasının qrup mərhələsində oynayaq. Bundan ötrü oyundan-oyuna qarşımıza hədəf qoyurduq. Lakin alınmadı. Dəfələrlə demişəm ki, qrup mərhələsində oynamaq böyük təcrübədir. Bu, həm də futbolçularımın daha da inkişaf etmələri baxımından sevindiricidir".

O, hər oyunda ən yaxşısını etməyə çalışacaqlarını söyləyib: "Rəqiblərimiz nə qədər güclü olsalar da, meydanı mübarizəsiz tərk etmək istəmirik. Oyun gedə-gedə hansısa addımlar, yəqin ki, atılacaq. Rəqibi yaxından tanımaq üçün gərək ona qarşı mübarizə aparasan. Futbolçularımın ən azı yaxşı oyuna hazır olduqlarına inanıram".

Heyətlə bağlı ciddi problemlərinin olmadığını deyən Qurbanov kapitan Maksim Medvedevin durumunu normal dəyərləndirib: "Maksim komanda ilə tam məşqlərə başlayıb. Artıq son məşqlərimizin hamısında iştirak edib. Əsas heyətdə olmaya bilər. Lakin get-gedə komandanın bütün məşqlərinə, yükləmələrinə və oyunlarına hazır olmaqdadır. Ondan zamanı gəldiyində yararlanmağa çalışacağıq".

Qeyd edək ki, sentyabrın 8-də Frayburq şəhərindəki "Europa-Park" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR