SOCAR Ukraynada məktəblilərə vəsait toplanmasına start verib
06-09-2022 [13:20]
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi olan “SOCAR Energy Ukraine” şirkəti növbəti xeyriyyə aksiyasına – məktəbliləri tibbi yardım dəstləri ilə təmin edilməsi üçün vəsaitin toplanmasına başlayıb.
Mia.az xəbər verir ki, bu barədə SOCAR Energy Ukraine” şirkətindən məlumat verilib.
Bildirilir ki, artıq hər arzulayan şəxs “Məktəblilər üçün ilk yardım dəsti” təşəbbüsünə qoşula bilər.
SOCAR-ın yanacaqdoldurma məntəqələrindən alınan hər bir xüsusi xoruz naxışlı içki stəkanından vəsaitin bir hissəsi məktəblilərin təhlükə anlarında həyatını xilas edəcək tibbi ləvazimatlarla təmin olunmasına yönəldiləcək. İlk tibbi yardım dəstlərində şagirdlərə və məktəb işçilərinə psixoloji yardım göstərilməsinə dair təlimatlar da var.
Bu təlimatlar Ukraynanın birinci xanımı Yelena Zelenskayanın Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə Səhiyyə Nazirliyinin koordinasiya etdiyi Milli Psixi Sağlamlıq və Psixososial Dəstək Proqramının yaradılması təşəbbüsünün bir hissəsi kimi hazırlanıb.
“SOCAR Energy Ukraine” şəbəkəsinin direktoru İqor Orlov bildirib ki, SOCAR komandası üçün ukraynalıları, böyükləri və uşaqları dəstəkləmək hər zaman prioritetdir: “Biz tərəfdaşlarımıza birliklərinə, belə mühüm layihədə iştiraka razılıq verdikləri üçün minnətdarıq. Bir tərəfdən çox istərdik ki, bu dəstlər heç kimə lazım olmasın. Amma digər tərəfdən çox vacibdir ki, bu ilkin tibbi yardım dəstləri sayəsində məktəblilər təhlükə yarandıqda özlərinin və ya ətrafdakıların həyatını xilas edə bilsinlər”.
Ukraynanın birinci xanımı bildirib ki, Ukraynada adi insanlardan tutmuş böyük biznesə qədər hər kəsin maksimum dərəcədə bacardığını etməsini görmək inanılmazdır: “Çünki yalnız bu yolla biz birlikdə qalib gələ biləcəyik”.
“SOCAR Energy Ukraine”nin xeyriyyə layihəsinin tərəfdaşı dobro.ua xeyriyyə platforması, icraçısı isə Ukrayna Təhsil və Elm Nazirliyinin ekspert dəstəyidir.
Ukraynanın təhsil və elm naziri Sergey Şkarlet bildirib ki, təhsil prosesinin bütün iştirakçılarının təhlükəsizliyi hərbi vəziyyət zamanı tam ştatlı təhsilin yeganə şərtidir: “Dövlət orqanlarının, ərazi icmalarının və Təhsil və Elm Nazirliyinin tərəfdaşlarının birgə səyləri nəticəsində məktəblərin 64 %-də ənənəvi təhsil imkanını yaratmaq mümkün olub. Bununla belə, bu istiqamətdə işlər davam edir. Çünki bizim üçün maksimum sayda şagirdin keyfiyyətli təhsil ala bilməsi, eləcə də həmyaşıdları və müəllimləri ilə üzbəüz ünsiyyət qurması vacibdir. SOCAR-ın ukraynalı tələbələri xüsusi tibbi dəstlərlə təmin etmək təşəbbüsü bu gün hər bir uşağın və müəllimin təhlükəsizliyi, həyat və sağlamlığının qorunması, təhsil zamanı psixoloji sabitlik üçün arzularımızın mühüm tərkib hissəsidir. Yaxşı işlərə görə məsuliyyətli biznesə təşəkkür edirəm”.
Dobro.ua xeyriyyə platformasının direktoru İrina Qutsal isə bildirib ki, hazırda ukraynalı uşaqların qayğıya və diqqətə çox ehtiyacı var:”Bunun üçün də şadıq ki, dobro.ua və SOCAR arasında əməkdaşlıq onlara həsr olunub. Uşaqlar bizim gələcəyimizdir. Onlar təkcə biliyə deyil, həm də təhlükə anlarında keyfiyyətli tibbi xidmətə fasiləsiz çıxış əldə etməlidirlər. SOCAR-da xeyriyyə stəkanında qəhvə içmək təkcə köməyə qoşularaq kömək etməkdən ibarət deyil. Bu, həmdə Ukraynanın gələcək həyatına və rifahına töhfədir!”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi