Dünya çempionatının gümüş medalçısı öldürülüb

img

04-09-2022 [18:04]


Baham adalarından olan atlet Şaves Hart qətlə yetirilib.

Hadisə Şimali Abako adasında gecə klubunun parklama sahəsində baş verib. Gecə vaxtı küçə münaqişəsi nəticəsində dava iştirakçılarından biri idmançının sinəsinə tapança atəş açıb.

Hadisə yerinə gələn həkimlər onun güllə yarasından öldüyünü bildiriblər. Qətlə şübhəli bilinən şəxs saxlanılıb.

Qeyd edək ki, Şaves Hart 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında sprinter məsafəsinə qaçış üzrə iştirakçısı və dünya çempionatında 4X400 metr məsafəyə estafetdə gümüş mükafatçı olub. Sentyabrın 6-da onun 30 yaşı tamamlanacaqdı/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR