Ərdoğan Putinə zəng etdi: nələr müzakirə olunub?

img

03-09-2022 [13:43]


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin telefonda müzakirə aparıblar.

Bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, Ərdoğan Putinlə telefon danışığında Mixail Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib, siyasətçinin bütün dünya tarixindəki rolunu qeyd edib.

Rusiya və Türkiyə prezidentləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Zaporojye AES-ə missiyasının təşkilində Rusiyanın konstruktiv rolunu qeyd ediblər. Həmçinin ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi və enerji sektorunda birgə strateji layihələrin təşviqi məsələləri müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR