21-04-2014 [11:12]
Sakinlər qeyd edir ki, ötən ilin may-avqust ayları ərzində Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin cənub-qərb hissəsində tamamilə qanuni əsaslarla – notarial qaydada müqavilə imzalamaq, bank vasitəsilə ödəniş etmək və nəhayətdə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaqla kiçik ölçülərdə (02-04 sot) fərdi yaşayış evləri tikmək üçün torpaq sahələri alıblar. Şikayətçinin sözlərinə görə, Azərbaycan dövləti adından rəsmi sənədlə tanınan mülkiyyət hüququmuzu reallaşdırmaq – torpaq sahələrimizə sahib çıxmaq, onu hasarlatmaq, tikintiyə başlamaq istədiyimiz zaman Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı olduğu deyilən Rəcəb Hüseynov adlı şəxs əraziyə gəlib, şəxsi mülkiyyətimizdə işlətdiyimiz fəhlələri təhqir edib, hətta fiziki zorakılıq göstərərək onları ərazidən qovub: " Biz mülkiyyətçiləri isə hədələyərək bildirib ki, bu torpaqların sahibi odur, bizim əlimizdə olan sənədlər əsassızdır və ləğv olunacaq. Əraziyə gələn Suraxanı rayon Polis İdarəsinin əməkdaşları isə, əlimizdəki qanuni sənədlərə məhəl qoymayıb, əlində heç bir sənədi olmadan mülkiyyətimizi qəsb edənlərin tərəfini tutub. Bundan sonra torpağı qanuni sənədlərlə və notarial qaydada bizə satan şəxslərlə - Cəfərov Ələmşah Məmmədəli oğlu, Cəlilov Ruslan İzahat oğlu və Şirinov Aslan Kamil oğlu ilə özünü torpağın sahibi kimi təqdim edən "Araz İnşaat LTD” MMC-nin qismində Rəcəb Hüseynovun arasında uzun-uzadı məhkəmə çəkişmələri başlayıb. Bir instansiya bunun, digəri o birisinin xeyrinə qərar verir və belə olan halda proses illərlə uzanana oxşayır”
Şikayətçilər bildirir ki, torpağı onlara satan şəxslər - Cəfərov Ələmşah Məmmədəli oğlu və Şirinov Aslan Kamil oğlu Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general Həsən Şirinovun yaxınlarıdır: " Birinci bacısı oğlu, ikinci doğma qardaşıdır. Bizim əlimizdə qanuni sənədlərimiz olmasına baxmayaraq, mülkiyyət hüququmuzu məhdudlaşdıran "Araz İnşaat LTD”-nin isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun qardaşı ilə BŞİH-in məsul əməkdaşı (Torpaq ekspertiza şöbəsinin müdiri) Rəcəb Hüseynovun şərikli şirkəti olduğu haqda məlumatlar var. Dövlətdə yüksək vəzifələr tutan, biznes fəaliyyətləri qanunla qadağan olunan bu şəxslərin arasında mübahisəyə səbəb olmuş torpaq sahəsi ümumilikdə 3 hektardan artıqdır. Biz 4 nəfərin aldığımız torpaq sahələri cəmi 12 sot olmaqla, bu ərazinin kiçik bir küncündədir. Lakin bir ilə yaxındır əlimizdə reyestrdən çıxarış olduğu halda nə torpaqlarımıza sahib dura bilirik, nə də ödədiyimiz pulları (cəmi 200 min dollar) geri ala bilirik. 1 ilə yaxındır davam edən məhkəmələr belə görünür ki, hələ uzun müddət də yekunlaşmayacaq və biz kirayələrdə qalmaqda davam edəcəyik. Onu da nəzərinizə çatdırırıq ki, bəzilərimiz o torpaqları banklardan götürdüyümüz kreditlər hesabına ala bilmişik”.
Sakinlərin bildirir ki, ərazisi milyonlarla manatla hesablanan bu torpaq mübahisəsində çoxlu qanunsuzluqlar var: "Elə təkcə bu fakta diqqət yetirmək kifayət edər ki, sözügüdən ünvanda Hacıbala Abutalıbovun qardaşına və onun şəriki, BŞİH-in əməkdaşı Rəcəb Hüseynova məxsus olduğu bildirilən "Araz İnşaat LTD” MMC-nin ümumilikdə 7 hektardan artıq dövlət torpağına hansı qanuni əsaslarla iddia edir? Hacıbala Abutalıbov öz qardaşına və onun şəriki, işçisi Rəcəb Hüseynova məxsus olduğu bildirilən "Araz İnşaat LTD” MMC-yə üst-üstə 7 hektardan artıq dövlət torpağını necə, nəyin müqabilində peşkəş edib və dövlət bundan nə qazanc götürüb? Məhkəmə sənədlərindən belə görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 20.05.2005-ci il tarixli sərəncamı ilə "Araz İnşaat LTD” MMC-yə, yəni Hacıbala Abutalıbovun qardaşına məxsus olduğu deyilən şirkətə 4.3 hektar torpaq ayrılıb. Lakin BŞİH başçısının 30.12.2010-cu il tarixli sərəncamı ilə əvvəlki sərəncama qismən dəyişiklik edilərək əlavə 3 hektar bu şirkətə verilib. Bu həmin 3 hektardır ki, orda bizim kiçik torpaqlarımız da yerləşir və rəsmi sənədlərlə bizim mülkiyyətimiz sayılır. Lakin bu sənədlərə, bizim ikinci əldən alıcı olduğumuza heç kim məhəl qoymur. Rəcəb Hüseynov qanuni əsası olduğu şübhə doğuran sənədlərlə faktiki olaraq bizim rəsmi sənədli (çıxarışlı) mülkiyyətimizi əlimizdən alır”.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi