2009 tankı, 4366 zirehli döyüş maşını... - Rusiyanın itkiləri ilə bağlı son məlumat açıqlandı

img

02-09-2022 [10:25]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 48700 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 2009 tankı, 4366 zirehli döyüş maşını, 1126 artilleriya sistemi, 289 RYAS-i (reaktiv yaylım atəş sistemi), 153 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 205 helikopteri, 3247 nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 853 dronu, 198 qanadlı raket və 105 xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR