Türkiyə və Qazaxıstan Rusiyaya dost ölkələrin ilk "beşliyi"nə daxil olub - Dost və düşmən ölkələrinin siyahısı

img

01-09-2022 [15:08]


Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VTsİOM) rusiyalılar arasında Rusiyaya dost və düşmən ölkələrlə bağlı sorğunun nəticələrini açıqlayıb.

Məlumata görə, rusiyalıarın 55 faizi Çini dost ölkə hesab edir. Dost siyahısında ikinci pilləni Belarus tutur.

Belə ki, respondentlərin 49 faizi Belarusu Rusiyaya dost ölkə hesab edir. Üçüncü yerdə Hindistan, dördüncü yerdə isə Türkiyə qərarlaşıb.

Rusiyaya dost ölkələrin siyahısında ən nəzərəçarpacaq irəliləyişi Türkiyə edib. Bu gün rusiyalıların 17%-i onu dost ölkə hesab edir. 2014-cü ildə bu göstərici 1% olub.

Rusiyaya dost ölkələrin ilk "beşliyi"ni Qazaxıstan qapayır. Daha sonrakı yerlədə rusiyalılar dost ölkə kimi Serbiya, İran, BƏƏ , Səudiyyə Ərəbistanı və Pakistanın adını çəkiblər.

Rusiyaya düşmən ölkələrin siyahısında ilk yerdə ABŞ gəlir. Rusiyalıların fikrincə, Rusiyanın əsas düşməni ABŞ olaraq qalır.

İkinci ən populyar cavab Ukraynadır. Üçüncü sırada isə respondentlərin 39%-nin düşmən hesab etdiyi Böyük Britaniya gəlir. 

Daha sonrakı yerlərdə Almaniya, Polşa, Fransa, Latviya, Litva, Estoniya qərarlaşıb. Rusiyalıların düşmən hesab etdiyi ölkələr siyahısına ilk dəfə olaraq Finlandiya, Bolqarıstan və Çexiya düşüb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR