Tokayevdən gözlənilməz qərar: növbədənkənar prezident seçkiləri elan olundu

img

01-09-2022 [10:05]


Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan olunub.

Mia.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev çıxışı zamanı deyib.

Payızda keçirilməsi planlaşdırılan seçkilərdə dövlət başçısı özünün də iştirak edəcəyini bildirib.

Ölkə prezidenti eyni zamanda parlament seçkilərinin də 2023-cü ilin birinci yarısında keçirilməsini təklif edib.

Qeyd edək ki, Kasım-Jomart Tokayevin səlahiyyət müddəti 2024-cü ildə başa çatacaqdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR