Kamran Əliyev İranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb - Müzakirə (FOTO)
31-08-2022 [17:40]
Azərbaycanın baş prokuroru Kamran Əliyev Tehrana işgüzar səfəri çərçivəsində İranın hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüb.
Mia.az Baş Prokurorluöa istinadla xəbər verir ki, səfər çərçivəsində K.Əliyev bu gün İranın daxili işlər naziri Əhməd Vəhidi ilə görüş keçirilib. Nazir Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı parlaq qələbə münasibətilə təbrik edib.
Kamran Əliyev təbrikə görə təşəkkürünü bildirərək müstəqil Azərbaycanla İran arasında əlaqələrin Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bugün də münasibətlərimizin Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisinin yorulmaz səyləri nəticəsində yüksək səviyyədə olduğunu vurğuladı.
Görüşdə hüquq mühafizə orqanlarımız arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd olunaraq, cinayətkarlığın müxtəlif təzahürlərinə, o cümlədən narkotik və psixotrop maddələrin qaçaqmalçılığına qarşı mübarizə, habelə axtarışda olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə təhvil verilməsi, təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti sahəsində qarşılıqlı əməkdaşlıq və digər maraq kəsb edən mövzular müzakirə edilib.
Daha sonra Baş prokuror İran İslam Respublikasının Ali İnzibati Ədalət Məhkəməsinin sədri Hekmətəli Mozəffəri ilə görüşüb. Görüşdə ölkələrimizin prokurorluq və məhkəmə orqanları arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub, hər iki ölkədə hüquq sahəsində aparılan islahatlar haqda danışılıb.
Həmçinin nümayəndə heyəti İranın Məhkəmə və Ədliyyə Qüvvələri nəzdində Statistika və İnformasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti ilə tanış olub. Mərkəzin rəhbəri Kazem Fərdlə görüşən Baş prokuror ölkəmizdə vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması, prokurorluq və məhkəmə orqanlarına müraciət imkanlarının genişləndirilməsi məqsədilə "Elektron Prokurorluq" və "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi üzrə görülən işlərdən, prokurorluq və məhkəmə sistemində ən müasir informasiya texnologiyalarından istifadə edildiyini, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb.
Səfər çərçivəsində nümayəndə heyəti Tehranın "Evin" cəzaçəkmə müəssisəsini ziyarət edərək məhkumların saxlanma yeri və şəraiti, rejim qaydaları və penitensiar administrasiyanın fəaliyyəti ilə tanış olub.
Görüşlərdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə iştirak edib.
Nümayəndə heyətinin səfəri başa çatıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi