Xaçmaz xəstəxanasında 2-ci qrup əlili amansız şəkildə döyüblər

img

21-04-2014 [10:25]



 Xaçmaz rayonunda sensasiya sayılacaq hadisə yaşanıb. Belə ki, rayonun Mərkəzi Rayon xəstəxanasının baş həkimi bir neçə nəfərlə birgə 2-ci qrup əlili sağlamlığına bilərəkdən zərər verməklə, amansız şəkildə döysələr də, hələ də bu fakt üzrə baş həkimi cəzalandıran olmayıb. 

Bunu «Reytinq»ə rayonun Qudyalçay qəsəbəsində yaşayan 2-ci qrup əlil Niyaz Mehrəliyevin özü deyib. Onun sözlərinə görə, uzun illərdir "epileptik nevroz beyin mərkəzi xəstəliyi”ndən əziyyət çəkir: "Azərbaycanda dövlətin diqqəti gənclərin sağlamlığına yönəldiyi bir vaxtda Səhiyyə Nazirliyi bunun tam əksini edir. Mən vətən üçün övlad - əsgər böyüdürəm. İkinci qrup əliləm. 49 yaşım var, cəmi 44 manat təqaüd alıram. Xəstəliyimə müvafiq olaraq, dispanserdə qeydiyyatdayam. Məni xəstəliyimə görə, dərmanla təmin etmirlər. Dövlətin mənə verdiyi hüququmu tələb edəndə, Xaçmazın baş həkimi Bəhram Şahverdiyev məni vəhşicəsinə döydürdü. Ondan sonra sağlamlığımda daha da ciddi fəsadlar yaranıb”.

 N.Mehrəliyev heç yerdə şikayətinə baxılmadığını xüsusi qeyd edir: "Mən lazım olan yerlərə şikayət etmişəm, amma heç bir nəticəsi olmayıb. 2100-dən artıq şikayət vvə müraciətlərim olub. Lakin yenə də problemlərim və döyülməyim hadisəsi araşdırılmayıb. Hüquq-mühafizə orqanları haadisənin üzərini qapatmaqla, məni daha ağır vəziyyətlə üz-üzə qoyublar. Məcburam beynəlxalq səviyyədə Azərbaycanla düşmən mövqeyində dayanan dövlətlərdən və təşkilatlardan yardım istəyim. Sizin vasitənizlə ölkə başçısından yardım istəyirəm. İnanıram ki, mənim naləmi eşidib, Xaçmazda Bəhram Şahverdiyevin qanunsuz əməllərinə son qoyulmasına göstəriş veriləcək”. 

Şikayətçinin iddiaları ilə bağlı qarşı tərəfin də mövqeyini  dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA