İcra başçısı deputatın qardaşının obyektini sökdürdü

img

21-04-2014 [10:22]



Binəqədinin deputatı Rəfail Cəbrayılovun sözügedən rayonda qardaşına məxsus tikili ötən həftə icra başçısı Xaləddin İsgəndərovun göstərişi ilə tamamilə sökülüb.

Bu barədə Mia.az-a məlumat verən mənbənin sözlərinə görə, "Ayna Sultanova" heykəlinin yaxınlığında (Oazis restoranı tərəfdə) deputatın qardaşının tikdirdiyi yüksəkmərtəbəli bina ilə bağlı yaşanan problemlərdən sonra növbəti tiklilərin aparılmasına icazə verilməyib: «Deputatın qardaşı bir neçə ildir binaya bitişik ərazidə tikinti aparmaq istəyir. Ancaq hələ ki buna nail ola bilmirlər. On gün əvvəl deputat Rəfael Cəbrayılovun qardaşı gecə qaranlığında tikintinin 3 mərtəbəsini qaldırdı. Lakin onun qanunsuz tikintisindən xəbər tutan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı yaşıllığın yerində aparılan tikintiylə bağlı dərhal göstəriş verdi. Bundan sonra tikinti dərhal sökülərək, ərazi əvvəlki vəziyyətinə qaytarıldı».

Məsələ ilə bağlı deputatdan və rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb. Hər iki tərəfin münasibətini dərc etməyə hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA