BAKIDA TİKİNTİ ŞİRKƏTİ KÜÇƏNİ KƏSDİ, BİR AİLƏNİN EVİNİ QƏZALI VƏZİYYƏTƏ SALDI: sürüşmə təhlükəsi yaranıb - "Ölümlə üz-üzəyik, belə özbaşınalıq olar?" (FOTOLAR)
31-08-2022 [09:27]
Nəsimi rayonu, Abbas Səhhət küçəsi 33-də yaşayış binası tikən şirkət ərazidə fəlakətli vəziyyət yaradıb.
Mia.az xəbər verir ki, bu barədə həmin küçədə yaşayan və şirkətin tikinti qayda və normativlərinə zidd olaraq apardığı inşaat işlərinə görə, böyük zərər və təhlükə ilə üzləşən Mikayıl Yusifovun şikayətində bildirilib.
Şikayətçinin sözlərinə əlavə etdiyi foto və videodan da aydın görünnür ki, "Capital City" adlı şirkət həyət evlərinə bitişik ərazidə heç bir təhlükəsizlik tədbirləri həyata keçirmədən yaşayış binası tikir: "Foto və videodan da görürsünüz ki, şirkət bizim evin düz bir metrliyində dərin qazıntı işləri apararaq binanın təməlini atıb. Bu zaman isə nə ərazidəki təhlükəsizlik, nə tikinti qaydaları gözlənilib. Nəticədə evimiz çökmə həddindədir, özümüzü isə ailəlikcə ölüm təhlükəsiylə burun-burunayıq. Belə ki, şirkətin qanunlara məhəl qoymadan apardığı tikinti işləri nəticəsində həyətimizə girişdə böyük çat - torpaq sürüşməsi yaranıb, giriş qapıları deformasiyaya uğrayıb, evimizin bütün divarlarında böyük çatlar yaranıb. Bir sözlə, evimiz hər an çökə, biz isə ailəlikcə altında qala bilərik".
Həmin evdə körpə uşaqları, yaşlı anası və ailəsi ilə birgə yaşayan Mikayıl Yusifovun sözlərinə görə, hazırda evlərinə daxil olmağa belə çəkinirlər: "Biz gecəni rahat yatmağı artıq unutmuşuq, gündüz belə evə daxil olmağa ehtiyat edirik ki, qəfil divarlar aşar, ev çökər, uçar. Maraqlıdır, qeyri-vaxtı biri daşı daşın üstə qoyan kimi, dövlət qurumları 50 yerdən tökülüşür. Necə olur, şəhərin mərkəzində tikinti qaydalarına əməl etməyən bu şirkətin qanunsuzluğunu, başqasının qanuni mülkiyyətini məhv etməsini, insanların həyatına təhlükə yaratmasını görmürlər? Yəni, insan həyatı, mülkiyyət toxunulmazlığı bu qədərmi ayaqlar altına atıla bilər? Axı, konstitusiyamızda belə yazılmayıb".
Şikayətçi deyir ki, şirkət təkcə onlara və evlərinə problem yaratmayıb, həm də ərazidəki böyük bir küçəni də özbaşına bağlayıb: "Bakıda bir küçənin özbaşına bağlanmasını da görmürlər? Uzaq olsun, bağlanan küçənin digər tərəfində qəza, yanğın olsa, FHN ora necə müdaxilə edəcək? Gərək adam ölə, böyük dağıntılar ola, nəhayət, cənab Prezident İlham Əliyev xəbər tuta, sonra tədbir görülə?
Sabah başımıza bir hadisə gəlsə, kim cavab verəcək? Niyə bizim mülkiyyətimiz belə hala salınmalı, özümüz isə bir şirkətin maddi maraqlarının qurbanı olmalıyıq? Axı, bu qədər qanunsuzluq, bu qədər özbaşınalıq olmaz".
Şikayətçi sonda ölkə prezidenti İlham Əliyevə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, FHN rəhbəri Kəmaləddin Heydərova, Baş prokuror Kamran Əliyevə, Tikinti və Arxitektura Komitəsinin rəhbərliyinə müraciət edərək, ailəsinin təhlükəsizliyi və mülkiyyət hüquqlarının qorunması üçün təcili addımların atılmasını xahiş edib: "Bizi və mülkiyyətimizi xilas etməyinizi xahiş edirik".
Məsələ ilə balı tikinti şirkətindən münasibət öyrənmək mümkün olmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi